Ekonomiks 14:20 06.01.2018

4 böyük bankdan şok Bitcoin qərarı

Avstraliyanın 4 böyük bankı müştərilərinin Bitcoin hesablarını dondurub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "National Australia Bank", "ANZ", "Commonwealth Bank of Australia" və "Westpac Banking Corporation" banklarının kripto pul vahidinə sahib müştərilərin əməliyyatlarına icazə vermədiyi və ya hesabları dondurduğu barədə məlumat yayılıb. 

2017-ci ilin iyun ayından kripto pul vahidi ilə əməliyyatları qadağan edən banklardan olan "Commonwealth Bank" açıqlama verərək "Həmin hesablar ya korrupsiyaya adı qarışmış, ya da kripto pul vahidinə yatırım etmək istəyən hesablardır" fikirlərini səsləndirib.

Adı çəkilən bankların müştəriləri həmin hesablardan "CoinJar", "Coinbase", "CoinSopt" və "BTC Markets" adlı kripto pul bazarlarına əməliyyatın mümkünsüz olmasını bildirmişdi.

Gülşən