Foto 15:47 03.01.2018

Müdirdən işçilərinə 4 milyon dollarlıq Yeni il qonaqlığı (FOTOLAR)

"Snapchat" sosial şəbəkəsinin sahibi Evan Spiqel Lon Ancelesdə təşkil etdiyi Yeni il yığıncağına 4 milyon dollar xərcləyib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, məşhur kanadalı müğənni Dreykin səhnə aldığı yığıncaq üçün çoxlu restoran, kinoteatrların daxil olduğu əyləncə kompleksi kirayələnib. 5 min nəfər üçün nəzərdə tutulan mərasim üçün əvvəlcədən icazə sənədlərinin alındığı iddialar arasındadır. 

Qeyd edək ki, şənlikdə foto çəkmək, çəkilən fotoları sosial şəbəkələrdə paylaşmaq qadağası qoyulub, hətta "Snapchat" sosial şəbəkəsi bunun üçün lazımi addımları atıb. Lakin fotolar "Instagram" və digər sosial şəbəkələrdə yayılıb. 

Gülşən