"Yeni mədəniyyət nazirindən özümə qarşı diqqət, qayğı gözləyirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında xanandə Sabir Abdullayev doğum günü arzularından danışarkən deyib. Sənətkar vurğulayıb ki, ən böyük arzusu 4 mədəniyyət naziri tərəfindən pozulmuş hüquqlarının yeni nazir Adil Kərimli tərəfindən bərpa olunmasıdır:
"İstəyirəm ki, mənə də hamı kimi fəxri ad, ev versinlər. Bu günə kimi iki dəfə sevinmişəm. Birinci dəfə 2005-ci ildə "Qarabağ xanandələri” albomu çıxanda, ikincisi də mənə "Ustad sənətkar” adı alanda, vəssalam. İndi yeni nazirdən sevincimə səbəb olacaq addım gözləyirəm. İstəyirəm ki, nazir haqqımı bərpa eləsin, mənə heç nə verməyiblər. Dərs dediyim xanəndələrin əksəriyyətinə Xalq, Əməkdar artist fəxri adları verilib. Hamısının sadəcə adını eşitmişəm, axı mənim də bu sənətdə əziyyətim olub. 4 nazirin biri belə məni sevindirmədi, əksinə haqqıma girdilər. 50 ildir ki, səhnədəyəm, həmin nazirlərin heç biri sənətimi qiymətləndirmədi. Ümidim yeni gələn nazirə qalıb. Yetim adamam, arxasız-dayaqsız”.
Sabir Abdullayev Adil Kərimli ilə görüşmək istədiyini vurğulayıb:
"Deyirlər yaxşı oğlandır. Bizi, yəni yaxşı musiqiçiləri ətrafına yığsa, işləyəcək. Biz də ona dəstək verəcəyik ki, işləsin”.
Bahar Rüstəmli
Şərhlər