Suriyadakı həbsxanalarda və düşərgələrdə olan dörd rus uşağı Moskvaya gətirilib. Onlardan biri oğlan, üçü qızdır. Ən kiçikləri beş yaşındadır.
Qaynarinfo xəbər verir ki, bu haqda izvestiya.ru saytındakı videomaterialda məlumat verilib.
Uşaqlar Moskavada qohumlarının onları gözlədiyi Milli Tibbi Araşdırma Sağlamlıq Mərkəzinə aparılıb, sağlamlıq müayinəsindən keçiriliblər. Uşaqların sağlam olduğu, ancaq bundan sonra daha dəqiq müayinələr aparılacağı deyilib.
Uşaqlardan üçü Dağıstana öz ailələrinə göndəriləcək. Qızlardan biri isə Volqoqradda yaşayan nənəsinə veriləcək.
Rusiya həkimləri bundan başqa Al-Xoll düşərgəsində yerləşən 35 uşaqdan onların Rusiyada qohumu olub-olmadığını araşdırmaq üçün DNT nümunələri götürüb.
Suriyada müxtəlif düşərgələrdə 146 rusiyalı uşağın olduğu bildirilir. Onların kiçik qruplarla ölkəyə qaytarılacağı gözlənilir.
Qeyd edək ki, Suriyanın müxtəlif düşərgələrində onlarla azərbaycanlı uşağın olduğu məlumdur.
Şərhlər