Dünya 20:05 13.10.2018

45 ildən sonra ilk dəfə

Rumıniya prezidenti Klaus Yohannis oktyabrın 14-dən 17-dək İtaliyaya rəsmi səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu, Rumıniya dövlət başçısının İtaliyaya 45 ildən sonra birinci rəsmi səfəri olacaq. Səfər iki ölkə arasında əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə çatmasının on illiyinə təsadüf edir.

Klaus Yohannis İtaliyada prezident Sercio Mattarella, baş nazir Cüzeppe Konti, senatın sədri Maria Elizabetta Alberti Kasellati və Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşlər keçirəcək. Eyni zamanda, Prezident İtaliya-Rumıniya biznes forumunda da iştirak edəcək. Rumıniya dövlət başçısının Roma şəhərinin meri Vircinia Raqqi və İtaliyadakı rumın icması ilə görüşü planlaşdırılır.