Ekonomiks 16:04 02.05.2013

5 avroluq yeni əsginaslar dövriyyəyə buraxılıb - FOTO

Bu gündən etibarən Avropa Birliyi ölkələrində 5 avroluq yeni əsginaslar dövriyyəyə buraxılıb.

APA- nın xəbərinə görə, əsginasların üzərində qədim Yunanıstanda gözəllik ilahəsi sayılan Avropanın əksi yer alıb. Bu səbəbdən 5 avroluq əsginaslara artıq “Avropa” adı verilib.

Avropa Mərkəzi Bankından bildirilib ki, 5 avroluq ilk seriya banknotlar bir müddət yeni əsginaslara birgə qüvvədə olacaq, lakin zaman keçdikcə dövriyyədən çıxarılacaq.

Qaynar.info