Ölkə 09:46 17.07.2019

5 ayda 23684 nikah, 7082 boşanma

Bu ilin 5 ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 23684 nikah və 7082 boşanma halları qeydə alınıb.

Eyni zamanda əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 5,8-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.