Video 13:25 15.11.2018

5-ci sinif şagirdinin bu istedadı hər kəs mat qoydu (VİDEO)

Xaçmaz şəhərində yaşayan 5-ci sinif şagirdi Qismət Ağayev hər kəsi fitri istedadı ilə təəccübləndirir.

ARB Günəş-in "Xəbərdar ol" proqramı qeyri-adi istedada malik olan məktəblini təqdim edir.

Belə ki, o cəmi 12 saniyəyə kubik-rubiki yığmağı bacarır. Ən çətin kubik-rubik növlərini isə bir neçə dəqiqəyə yığmağa nail olur. Maraqlısı odur ki, Qismət kubik-rubiki gözübağlı da yığa bilir.
 
Nəticələrini daha da yaxşılaşdırmaq üçün hər gün məşq edir.