Dünya 13:11 22.04.2013

5 yaşlı qızı zorladılar, xalq ayağa qalxdı

Son vaxtlar azyaşlı uşaqların təcavüzə məruz qalması ilə gündəmə gələn Hindistan daha bir qalmaqalla qarşılaşıb. 

Qaynar.info-nun məlumatına görə, Hindistanda bu dəfə 5 yaşlı qız təcavüzə və işgəncəyə məruz qalıb. 

Paytaxt Yeni Dehlidə baş verən hadisədə təcavüzə məruz qalan uşağın 2 gün ərzində otaqda saxlanıldığı bildirilib. Polis ötən həftə itən qızın ailəsilə yaşadığı binada bir zirzəmidə saxlanıldığını və qonşular tərəfindən tapıldığını söyləyib. 

Rəsmilər tapılan zaman qızın boğazında və bədənində kəsilmiş-deşilmiş yaralar olduğunu və vəziyyətinin hələ də ciddi olduğunu söyləyiblər. 

Qıza təcavüz edən 22 yaşlı gəncin paytaxtın 1000 kilometrliyində yerləşən Bihar ştatında ələ keçirildiyi bildirilib. 

Ölkədə baş verən təcavüz hadisələrinə etiraz olaraq xalq kütləvi aksiyalara başlayıb. Ölkənin bir neçə iri şəhərlərində etiraz aksiyaları keçirilib. 

Hindistanın ana müxalifət partiyası Bharatiya Janata tərəfdarları da hakimiyyətdəki Konqres Partiyasının qarşısına toplaşaraq, hökumətdən gənc qızların təhlükəsizliyini qorumasını tələb edib. 

Qaynar.info