Sənət 14:22 08.12.2018

5 yaşlı tamaşa səhnəyə qayıdır: "Arzular bağı"

Pərviz Bəşərdüstün əsəri əsasında hazırlanan "Arzular Bağı" tamaşası yenidən səhnəyə qayıdır.

Yarpaq.Az-ın verdiyi xəbərə görə,  2013-cü ilin dekabr ayında ADO teatrında premyerası olan tamaşa öz 5 illiyi ilə əlaqədar yenidən tamaşaçıların qarşısına çıxacaq. Tamaşanın yenidən səhnəyə çıxmasında "Çıxış" teatrı da "ADO" ilə birgə dəstək olub.

Tamaşada baş rollarda Əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarov oynayır.

Tamaşanın rejissoru İmam Həsənovdur.

Tamaşa haqda: Dəlixanadan qaçmış iki ruhi xəstə öz arzularını, xəyallarını reallaşdırmaq istəyir. Biz onların gözü ilə uşaqlaşır, böyüyür, evlənir, qocalır və ölürük... Məgər belə xəyallarda yaşayıb ölmək olar?!

Göstəriləcəyi vaxt: 14 və 15 dekabr, saat 19:00
Müddət: 60 dəqiqə
Yaş həddi: 10+
Müəllif: Pərviz Bəşərdüst
Rejissor: İmam Həsənov
Bəstəkar: Ayaz Qəmbərli

Teatrın ünvanı: Bakı, Mirzəağa Əliyev 245, AZ1014
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85 
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!