Dünya 10:49 02.05.2013

5 yaşlı uşaq körpə bacısını öldürdü - ŞOK

ABŞ-da 5 yaşlı oğlan uşağı valideynləri tərəfindən ona hədiyyə olaraq alınan tüfənglə 2 yaşlı bacısını öldürüb. 

Qaynar.info-nun məlumatına görə, Kentukki ştatının tibbi ekspertiozasının rəhbəri Qari Uayt verdiyi açıqlamasında uşağın anasının bir neçə dəqiqəlik çölə çıxdığı zaman bacısını öldürdüyünü söyləyib. 

Uayt 22 kalibrlik tüfəngin uşağa hədiyyə edildiyini və onun atəş açmağı bacardığını deyib. Ailə isə tüfəngin içində güllə qaldığınıdan xəbərsiz olduqlarını bildiriblər. 

Hadisənin qəza kimi qeydiyyata alındığı bildirilib. 

Qaynar.info