Ekonomiks 12:48 10.12.2018

500 avro dövriyyədən çıxarılır

Avronun 500-lük əskinası dövriyyədən çıxarılır.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı qərar qəbul edib. 2002-ci ildən istifadəyə verilən 500 avro 26 yanvar 2019-cu ildən 17 Avropa ölkəsində istifadə edilməyəcək. Almaniya və Avstriya isə 26 aprelə qədər 500 avro əskinaslardan istifadəyə davam edəcək.

Bildirilir ki, qərarın səbəbi terrorla mübarizədir. 500 avroluq banknotlara terror təşkilatları tərəfindən üstünlük verilir.

Qeyd edək ki, avronun 5, 10, 15, 20, 50, 100 və 200-lük əskinazları yenilənərək daha təhlükəsiz formaya salınıb.

Gülşən
  
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!