Maqazin 11:30 24.03.2015

51 yaşlı model ana olmaq istəyir - FOTOLAR

Dünyanın ən yaşlı modellərindən biri ana olmaq istəyir. Anspress-in məlumatına görə, "gözəl bədən" kimi tanınan məşhur model 51 yaşlı Elle MacPherson üçüncü dəfə ana olmaq niyyətindədir. 

Avstraliyada yayımlanan jurnalın iddiasına görə, MacPherson ilə milyarder əri Cefri Soffer övlad sahibi olmaq üçün plan qururlar. Cütlük övlada surroqat ana vasitəsilə sahib olacaq. 

Onlar təbii yolla uşaq sahibi olmaq istəsələr də uğurlu nəticə əldə edə bilməyiblər. Uşaq övladlığa götürmək istəməyən model sonda surroqat ana yolunu seçib. 

Surroqat ananın 30 yaşında olduğu məlum olsa da onun haqqında başqa informasiya verilmir. 

45 yaşlı Ceffri ilə 51 yaşlı Elle MacPherson 2013-cü ildə Fici adasında ailə qurub. Onların hərəsinin əvvəllki nigahlarından iki övladı var. 










Qaynar.info