Foto 13:52 13.05.2018

55 il sonra aşağı liqaya düşdülər, azarkeşlər stadiona od vurdu (FOTOLAR)

Almaniya Bundesliqasında "Hamburq" II Bundesliqaya düşüb.

Qaynarinfo xəbər verir ki, doğma meydanda Münhenqladbax "Borussiya"sına 1:2 hesabı ilə yenilən komandanın 55 il sonra aşağı liqaya düşməsi rəsmiləşib.

1919-cu ildə yaradılan və 1963/64 mövsümündə qurulan Almaniya liqasının qurucuları arasında yeralan "Hamburq" indiyədək güclülər dəstəsini tərk etməmişdi. 

"Borussiya" ilə oyun olaylarla yadda qalıb. Qarşılaşmanın son dəqiqələrində azarkeşlərin yaratdıtı olaylar səbəğindən stadion boşaldılıb. Fanatların yandırdığı məşəllər səbəbindən hakim oyunu dayandırıb və yenidən başlamalı olub.