Texnologiya 21:00 07.05.2018

5G bizə nələri vəd edir?

İnternetin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir vaxtda təbii ki, həyata keçirdiyimiz əməliyyatların sürəti də vacib amilə çevrilir. Buna görə də 5G texnologiyasının gəlişini səbrsizliklə gözləyirik.

Qaynarinfo xəbər verir ki, mobil internet istifadəçiləri üçün 5G texnologiyası gələcəyə yönəlmiş bir addımdır. Və qısaca deyə bilərik ki, bu texnologiya 4G-dən 100 dəfə, 4.5G-dən 20 dəfə daha sürətli olacaq.

5G ilə nəinki izlədyimiz videolar və filmlər donmayacaq, hətta yüksək görüntü imkanına malik şəkilləri də daha keyfiyyətli görə bilmək imkanı əldə edəcəyik.  

Bununla bərabər, 5G-nin film və oyun sektoruna da önəmli dərəcədə təsir edəcəyi, artırılmış reallıq tətbiq edilmiş müxtəlif texnoloji məhsullara da olan marağı artıracağı düşünülür.

Bütün dünya ölkələrinin 2020-ci ildə 5G texnologiyası ilə tanış olacağı gözlənilir. Bu texnologiyanın geniş şəkildə ilk olaraq ABŞ-ın Dallas, Waco və Georgia bölgələrində istifadə olunması gözlənilir. Türkiyəyə də 2020-ci ildə gəlməsi gözlənilən bu texnologiya bundan ilk dəfə bu ilin fevral ayında Cənubi Koreyada Qış Olimpiya Oyunlarında istifadə olunmuşdu. Eyni anda bir neçə kamera ilə çəkilən oyunlar 5G dəstəkli planşetlər ilə ziyarətçilərin izləməsi üçün təqdim edildi və oyunlar olan sahəyə girə bilməyən ziyarətçilər 5G-nin köməyilə real vaxtda oyunları izləyə bildilər.

Nərmin Həsənli