Ekonomiks 09:53 25.09.2014

6 ayda Azərbaycana 7,3 milyard dollarlıq xarici investisiya yatırılıb


Bu ilin birinci yarısında ölkə iqtisadiyyatına 7,3 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 38,3 faiz çox xarici investisiya yönəldilib.
Qaynar.info-nun Dövlət Statistika Komitəsinə istinadla verdiyi xəbərə görə, investisiyaların 11,2 faizi iqtisadiyyata maliyyə kreditləri, 53,1 faizi birbaşa, 35,7 faizi isə portfel və digər şəkildə daxil olub.

Birbaşa investisiyaların həcmi 3,9 milyard dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 30,2 faiz artıb. Bunun 3,3 milyard dolları və ya 85,3 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.

Bu dövrdə ölkə rezidentlərinə 815,5 milyon ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilib, onların 46,5 faizi dövlət təminatlı kreditlərdir.

Qaynar.info