Sənət 11:14 08.09.2018

6 yaşlı azərbaycanlı rus filminə çəkildi (FOTO)

Altı yaşlı azərbaycanlı aktyor və model İmran Çələbi "Rossiya 1" telekanalının çəkdiyi Yeni il komediyasının növbəti seriyası "Küknarlar 7"də oynayacaq.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, bu barədə İmranın anası Ramilə Çələbi öz "Instagram" səhifəsində yazıb.

O, filmin çəkilişi zamanı çəkilmiş fotonu yayıb. İmran Boris Vorobyovun, yəni aparıcı və aktyor İvan Urqantın oğlu rolunu oynayacaq.