Dünya 10:01 13.11.2013

60-dan çox hərbçi zəhərləndi


Gürcüstanda növbəti kütləvi zəhərlənmə faktı orduda qeydə alınıb


Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkənin şərqindəki Osiauri hərbi bazasından 61 hərbi qulluqçu mədə ağrısı ilə həkimə müraciət edib.
Fakt üzrə hərbi polis tərəfindən cinayət işi açılıb.

İstintaqın ilkin mərhələsində müəyyən edilib ki, hadisə artıq işdən çıxarılmış aşpazın səhlənkarlığı ucbatından baş verib.


Qaynar.info