Ekonomiks 20:11 19.07.2013

60 mindən çox "Kraysler" avtomobili geri çağırıldı

ABŞ-ın avtomobil istehsalçı şirkəti "Chrysler" ("Kraysler") Çinə ixrac edilmiş 60 min 720 avtomobilini geri çağırıb. 

ANN.Az-ın "Xinhuanet"ə istinadən verdiyi xəbərə görə, "Kraysler" avtomobilləriin geri çağırılmasına səbəb sürücülərin təhlükəsizliyini riskə qoyan müxtəlif problemlərdir. Şirkət həmin problemləri aradan qaldırmaq istəyir.  

Geri çağırılan avtomobillərin 49 min 754-ü 2009 və 2012-ci illərdə istehsal edilmiş "Kraysler Kompas" və "Kraysler Patriot"lardır.  Şirkət avtomobillərin hava yastığı modullarını yeniləri ilə əvəz edəcək. 

Qaynar.info