ABŞ-ın avtomobil istehsalçı şirkəti "Chrysler" ("Kraysler") Çinə ixrac edilmiş 60 min 720 avtomobilini geri çağırıb.
ANN.Az-ın "Xinhuanet"ə istinadən verdiyi xəbərə görə, "Kraysler" avtomobilləriin geri çağırılmasına səbəb sürücülərin təhlükəsizliyini riskə qoyan müxtəlif problemlərdir. Şirkət həmin problemləri aradan qaldırmaq istəyir.
Geri çağırılan avtomobillərin 49 min 754-ü 2009 və 2012-ci illərdə istehsal edilmiş "Kraysler Kompas" və "Kraysler Patriot"lardır. Şirkət avtomobillərin hava yastığı modullarını yeniləri ilə əvəz edəcək.
Qaynar.info
Şərhlər