Dünya 15:02 20.01.2018

6000-ci ildən özü ilə bərabər foto da gətirdi

Daha bir şəxs gələcəkdən gəldiyini iddia edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Youtube"da yayımlanan Apex TV kanalının qonağı olan bir şəxs zamanda səyahət edərək, 6000-ci ilə getdiyini və oradan foto gətirdiyini iddia edib.

Cəmiyyətdən gələn tənqidlərə qarşı qorumaq üçün sözügedən şəxsin üzü göstərilməyib. O, efirdə gələcəkdən gətirdiyini iddia etdiyi fotonu nümayiş etdirib.

Adı açıqlanmayan şəxs zamanda səyahət zamanı özü ilə bərabər gətirdiyi videomaterialların pozulduğunu bildirib, hətta bunun insan orqanizminə də mənfi təsir göstərdiyini söyləyib.

O, sonda kövrələrək gələcəyə tək getmədiyini, onunla bərabər bir dostunun da göndərildiyini, təəssüf ki, geriyə dönə bilmədiyini söyləyib.