Foto 18:24 06.11.2017

62 yaşlı şahzadə gənc xanımını niyə boşayıb? (FOTOLAR)

Səudiyyə Ərəbistanında başlayan rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə çərçivəsində həbs edilən şahzadə Əlvalid İbin Təllal barədə mübahisəli məsələlər yenidən gündəmə gəlir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Əlvalid İbin Təllal 1955-ci ildə Kral Salmanın qardaşı oğlu kimi dünyaya gəlib. Riyadda 371 otaqlı, 42 700 kvadrat metrlik sarayda yaşayan şahzadə "Boeing 747-400", "A380" təyyarələri, mülkləri, həyat yoldaşları və milyardlarla dollar sərvəti ilə məşhur idi. 

Şahzadənin sonuncu və 4-cü həyat yoldaşı olan Əmirə Əl Tavil ölkənin ən gözəl qadınlarından hesab edilirdi. Tezliklə dünya elit cəmiyyətinə daxil olan qadının Əlvalid İbin Təllalla evliliyi 2013-cü ildə gözlənilmədən bitib. Aradan 4 il keçməsinə baxmayaraq ayrılığın səbəbi hələ də bilinmir.

Gözəlliyi ilə dillərə dastan olmuş Əmirə Əl Tavilin fotolarını təqdim edirik.

Aydın
Qaynarinfo.Az