Foto 12:25 07.02.2018

Güclü zəlzələdən sonra Tayvanda dəhşətli görüntülər (FOTOLAR)

Tayvanda meydana gələn 6,4 bal gücündə zəlzələ dəhşətli mənzərələrə səbəb olub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 4 nəfərin öldüyü zəlzələdə 60 nəfər itkin düşüb, 200-dən çox insan yaralanıb. Bəzi binalar yana doğru əyilib. İnsanların bu binalardan çıxa bilmədiyi təxmin edilir. Evakuasiya prosesi davam etdirilir.

100 min nəfər sakini olan Hualiendə 40 min evə su vermək mümkün deyil. 

Zəlzələ Çində də hiss edilib.

Qeyd edək ki, 1999-cu ildə Tayvanda baş verən 7,6 bal gücündə zəlzələdə 2 mindən çox insan dünyasını dəyişmişdi. 

Gülşən