İdman 18:10 30.01.2018

65 milyonluq transfer rəsmən açıqlandı

"Mançester Siti" Emerik Lyaportunun transferini açıqlayıb. Qaynarinfo xəbər verir ki, İngiltərə klubu "Atletik"in 23 yaşlı üzvünü heyətinə qatıb.

"Mançester Siti" bu futbolçuya görə İspaniya klubuna 65 milyon avro ödəyib. Bu isə klub tarixinin rekordudu. Bundan əvvəl klubun ən bahalı transferi hesab olunan Kevin de Bruyne üçün 63 milyon avro ödəmişdi.