Foto 22:48 14.02.2018

67 yaşlı azərbaycanlı sahibkar qadın beynəlxalq axtarışa verildi

İnterpol azərbaycanlı qadın sahibkar barədə beynəlxalq axtarış elan edib.

Trend-in məlumatına görə, 1951-ci ildə Azərbaycanın Salyan rayonunda anadan olan Həsənova Meyransa Avaz qızı vergidən yayınmaqda təqsirləndirilir.

M.Həsənova vergidən yayınmaqda ittiham olunaraq barəsində cinayət işi başlansa da, xanım sahibkar istintaqdan yayınıb. Nəticədə məhkəmə M.Həsənova barəsində həbs qətimkan tədbiri seçilməsi və tutularaq istintaqa təhvil verilməsi barədə qərar çıxarıb.

Həmin qərar əsasında da M.Həsənova beynəlxalq axtarışa verilib.