Ölkə 10:52 06.11.2013

7 ayaqlı, 2 quyruqlu quzu doğuldu

Kürdəmir rayonunda qeyri-adı quzu doğulub.

APA-nın məlumatına görə, rayonun Sovlakənd kənd sakini Eldar İbrahimova məxsus təsərrüfatda doğulan quzunun 7 ayağı, iki quyruğu var. Fermer deyib ki, uzun illərdir mal-qara saxlasa da, belə maraqlı təsadüflə ilk dəfə qarşılaşır.

Yeni doğulan 7 ayaqlı quzu normal hərəkət edir və qidalanır. Mütəxəssislərin fikrincə, bu cür heyvanların doğulmasına səbəb ekoloji mühit, müxtəlif dərman preparatlarından nəzarətsiz istifadə, qoyunlarda mayalanma dölünün yarımçıq olmasıdır. Kürdəmir rayon Baytarlıq İdarəsinin rəisi Mehman Nəsirovun sözlərinə görə, bu cür fiziki qüsurlu doğulan heyvanlar adətən az yaşayır və damazlıq üçün yararsız olur. 

Qaynar.info