Ölkə 17:59 22.05.2018

700 bal toplayan abituriyent: “2-ci kursdan xaricdə təhsil almaq istəyirəm”

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.

Qəbul imtahanlarında 3 nəfər 700 bal toplayıb.

Modern.az saytı IV ixtisas qrupu üzrə 700 bal toplayan Rəna Əliyevanın təəssüratlarını öyrənib.

"Əvvəldən 700 bal toplayacağımı gözləyirdim. Çünki sınaqlarda da yüksək nəticə göstərirdim. Ümumiyyətlə, orta məktəbin aşağı siniflərində oxuyanda dərslərimlə daha yaxşı məşğul olmuşam. Bu dəfə isə 700 bal topladım. Təhsilimin ilk iki ilini ölkədə oxuyacam. 2-ci kursdan sonra alman dilini öyrənib xaricdə təhsilmii davam etdirəcəm”.