72 tarixi abidəyə pasport veriləcək

72 tarixi abidəyə pasport veriləcək

Azərbaycanda 72 tarixi abidənin pasportlaşdırılması üzrə 110 layihə hazırlanacaq.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyində struktur bölmələrin iştirakı ilə keçirilən kollegiya iclasında nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib. 

O bildirib ki, bunlardan 15-i işğal olunmuş ərazilərimizdəki abidələrdir. Xidmət rəisi eyni zamanda arxeoloji irslə bağlı görülən işlər barədə də məlumat verib. O bildirib ki, Azərbaycanın çoxəsrlik mədəni və zəngin irsi dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən mədəni irsin qorunması ilə bağlı bir sıra sərəncamlar imzalanıb.

Xidmət rəisi tarixi abidələrin qorunması, inventarlaşması, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması sahəsində bir sıra işlərin görüldüyünü deyib. O qeyd edib ki, son iki ildə Bakı şəhərində Milli İncəsənət Muzeyinin binası, Şəki şəhərində tarixi abidə, Bərdə şəhərində türbə və Sınıqkörpüdə bərpa konservasiya işləri aparılıb. Dövlət başçısının sərəncamına əsasən Şabran rayonundakı Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR