Foto 17:17 26.02.2018

7.5 bal gücündə zəlzələ dağları yerindən oynatdı (FOTO/VİDEO)

Papua və Yeni Qvineyada meydana gələn 7,5 bal gücündə zəlzələ dağ və hündür yerlərdə nəhəng sürüşmələrə səbəb olub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ard-arda yaşanan 13 zəlzələnin gücü 5 baldan yuxarı olub. Sürüşmələr yolları bağlayıb və nəqliyyatın hərəkətində çətinlik yaranıb. Beynəlxalq Qızıl Xaç nümayəndələri bəzi yerlərdə əlaqə vasitələrinin kəsildiyini deyir. Maye yanacaq və qaz xətlərində də kəsintilər müşahidə olunur. Milli Təbii Fəlakət Mərkəzi ölkədə fövqəladə vəziyyət elan edib. 

Qeyd edək ki, 1998-ci ildə ölkədə baş verən 7 bal gücündə təkan nəticəsində 2200 insan dünyasını dəyişmişdi. 

Gülşən