Dünya 13:44 14.02.2013

750 milyardlıq çirkli pul

Rusiyada 1994-cü ildən bu yana qanunsuz yollarla ölkəyə girən və çıxan pulun miqdarının 750 milyard dollar olduğu bildirilib.

Qaynar.info-nun məlumatına görə, Vaşinqtondakı qanunsuz ticarətlə mübarizə təşkilatı Global Financial İntegrity-nin (GFİ) hazırladığı hesabata görə, Rusiyada bu qanunsuz rəqəm demək olar ki, ölkənin milli gəlirinin yarısına bərabərdir.

Təşkilatın icraçı katibi Raymond Baker verdiyi açıqlamasında, "Rusiya qanunsuz pul giriş-çıxışı səbəbindən ciddi şəkildə ziyan çəkir. Ölkənin səhiyyə, təhsil siteminə qoylması vacib olan milyardlarla dollar itir" deyib.

"Rusiya: Qanunsuz Maliyyə Axıntısı və Yeraltı İqtisadiyyatının Rolu" adlı hesabatda 1994-2011-ci illər arasındakı ümumi miqdarın 764.3 milyard dollar olduğu bildirilib. Hesabatı hazırlayan ekspertlərdən biri rəqəmlərin olduqca ciddi şəkildə hesablandığını bildirib. Hesabata bilərəkdən əskik göstərmə və ya digər problemli hesablar daxil edilməyib. Bu rəqəmlərə narkotik qaçaqmalçılığı, insan alveri və digər qanunsuz ticarətlər yer almayıb.

Hesabata görə, G-20 ölkələri arasında qabaqcıl iqtisadiyyatlardan biri olan Rusiya üçün bu rəqəmlər olduqca narahatlıq doğurandır.


Qaynar.info