Foto 23:04 16.03.2019

7,6 milyonluq üzüklə məşqə çıxdı (FOTOLAR)

Xəbər verdiyimiz kimi, məşhur beysbolçu Aleks Rodriges dünya şöhrətli aktrisa və müğənni Cennifer Lopeslə nişanlanıb.

Qaynarinfo xəbər verir ki, idmançı nişanlısına 4,5 milyon dollarlıq (7,65 milyon manat) brilyant üzüklə evlənmək təklifi edib.

49 yaşlı pop ulduz dünən 43 yaşlı nişanlısı ilə Mayamidə bir idman salonundan çıxarkən görüntülənib. Cennifer məşqdə belə nişanlısının verdiyi böyük və bahalı üzüyü barmağından çıxarmayıb. 

Qızıl-zinyət əşyaları üzrə mütəxəssis İra Veyssman üzüyün 11-15 karatlıq olduğunu, dəyərinin 5 milyon dollara qədər artdığını bildirir.