İlkin məlumata görə, Nepalın paytaxtı Katmandunun hava limanında təyyarənin qəzaya uğraması nəticəsində 50-dək insan ölüb, 17 nəfər xəsarət alıb. 

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bütün yaralılar xəstəxanaya çatdırılıb.

***13:41

Nepalın paytaxtı Katmanduda yerləşən Tribhuvan Beynəlxalq Havalimanında təyyarə qəzası qeydə alınıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Banqladeşin "US-Bangla" havayolu şirkətinə aid təyyarə eniş edən zaman qəzaya uğrayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasetmə qrupu göndərilib. Yayılan fotolarda yanğının baş verdiyi və dumanın ətraf ərazini bürüdüyü görünür.

Qeyd edək ki, təyyarə 78 sərnişin tutumuna malik olub. Ölü və yaralılar barədə hələlik məlumat yoxdur. 

Gülşən