İdman 19:32 29.03.2018

8 ay əvvəl 9,69 milyona alınan futbolçu 100 milyona satılır

"Tottenhem" yayda transfer bombasını partlatmağa hazırlaşır. 

Qaynarinfo Portuqaliyanın "Abola" qəzetinə istinadən xəbər verir ki, London klubu "Sportinq"dən Bruno Fernandesi heytinə qatır.

İddia olunur ki, "Tottenhem" bu futbolçuya görə Portuqaliya klubuna 87 milyon funt-sterlinq (100 milyon avro) təklif edib. Transfer pəncərəsi açılan kimi keçid rəsmiləşəcək.

Qeyd edək ki, "Sportinq" Bruno Fernandesi ötən yayda "Sampdoriya"dan 9,69 milyon avroya alıb. 23 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 45 rəsmi matçda 13 qol vurub və 16 məhsuldar ötürmə edib.