İsraildə daha çox radikal sağçıların komandası hesab olunan "Beytar Yerusəlim" futbol klubu Qüdsü ölkənin paytaxtı kimi tanıyan ABŞ prezidenti Donald Trampa təşəkkür etmək üçün adını dəyişib.

Qaynarinfo xəbər verir ki, 82 yaşlı klub bundan sonra "Beytar Tramp Yerusəlim" ("Beitar Trump Jerusalem") adlanacaq. 

"Tramp cəsur bir qərarla Qüdsü İsrailin paytaxtı olaraq tanıdır. Bu 70 ildir gözlənilirdi.

Qeyd edək ki, "Beytar Yerusəlim" klubu 1936-cı ildə yaradılıb. 6 dəfə ölkə çemionluğunu, 7 dəfə kubokunu qazanan komanda cari mövümü ikinci pillədə bitirərək Avropa Liqasına vəsiqə qazanıb.