Dünya 23:43 03.08.2013

89 yaşında 7-ci dəfə prezident oldu

Zimbabve seçki komissiyası Robert Muqabeni prezident seçkilərində qalib gəldiyini bəyan edib. 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, rəsmi xəbərə əsasən, o səslərin 60 faizindən çoxunu qazanıb. 89 yaşlı Muqabe yeddinci dəfə Zimbabvenin prezidenti seçilir.  

Zimbabvenin baş naziri Morqan Svanqirai bəyan edib ki, onun rəhbərlik etdiyi “Demokratik dəyişikliklər naminə hərəkat” partiyası iyulun 31-də keçirilmiş ümumi seçkilərin nəticələrini tamamilə rədd edir və iddiasını məhkəmə yolu ilə təmin etmək niyyətindədir.  Svanqirai “Demokratik dəyişikliklər naminə hərəkat” partiyasının seçkilərdə tam qələbə qazandığını bəyan edərək əhalini seçki nəticələrini boykot etməyə və “passiv müqavimət aksiyaları” keçirməyə çağırıb. 

Qeyd edək ki, Zimbabve hakimiyyəti prezident və parlament seçkilərinə qərb müşahidəçilərini buraxmayıb.

Qaynar.info