Dünya 19:52 19.06.2018

9 il sonra ilk edam həyata keçirildi

Taylandda 9 il sonra ilk edam həyata keçirilib.

Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, 26 yaşlı Theerasak Longji adlı şəxs zəhər inyeksiyası ilə edam edilib. O, telefonunu vermək istəməyən 17 yaşlı yeniyetməni 24 dəfə bıçaqlayaraq qətlə yetirmişdi. Hadisə Tay cəmiyyətində qəddarlıq kimi qiymətləndirilib və qəzəbə səbəb olub.

Ölkədə sonuncu dəfə 2009-cu ilin avqustunda 2 narkotik taciri edam edilmişdi. 

Gülşən