Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının tarixi

Elşad Qoca


28 may 1918-ci ildə Zaqafqaziya Seyminin azərbaycanlı deputatları Azərbaycanın gələcək taleyini üzərinə götürə biləcək ayrı-ayrı fraksiyaların nümayəndələrindən ibarət Milli Şura yaratdılar. Məhəmməd Əmin Rəsulzadə Şuranın sədri seçildi.

Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini bütün dünyaya elan etdi. Bakıda vəziyyət mürəkkəb olduğundan gənc ölkənin paytaxtı müvəqqəti olaraq Gəncə şəhəri müəyyən edildi. Müvəqqəti hökumətin təşkil olunması təcrübəli  hü-quqşünas, bitərəf Fətəli xan Xoyskiyə tarşırıldı. Fətəli xanın və onun təşkil etdiyi kabinetin qarşısında tarixi bir vəzifə dururdu: Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini nəyin bahasına olur-olsun saxlamaq, gənc ölkənin ərazi bütövlüyünü təmin etmək, onun müdafiə qüdrətinin artırılmasına nail olmaq. Şübhəsiz ki, mütəşəkkil, peşəkar ordu qurmadan bu vəzifələrin öhdəsindən gəlmək mümkün deyildi. Özü də son dərəcə mürəkkəb bir şərait idi, hadisələr tez-tez dəyişir, siyasi vəziyyət günü-gündən gərginləşirdi. Bakıda bolşevik-daşnaklar Azərbaycanın müstəqilliyinə açıq-aşkar meydan oxuyurdular, bəzi bölgələrdə Azərbaycan kəndlərinə ermənilər tərəfindən hucumlar olurdu. Həmin ərəfədə Zaqafqaziya Seymi tərəfindən təşkil olunmuş Müsəlman korpusu da Gəncəyə gəldi. Korpusa tam artilleriya general-leytenantı Əlağa Şıxlinski rəhbərlik edirdi. Yalnız bu korpusun gücü ilə ölkənin təhlükəsizliyini, müdafiəsini təmin etmək mümkün deyildi. Gənc ölkəyə hərbi-siyasi dəstək vacib idi. Ümidlər İstambula yönəlmiş, qardaş köməyinə olmazın ehtiyac yaranmışdı. Elə bu məqsədlə də Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə və Xoyski kabinetində Xarici işlər naziri vəzifəsini tutan Məmməd Həsən Hacınski iyun ayının 4-də Batum şəhərinə gəldilər. Azərbaycan dövlətinin tarixində həmin dövr üçün əvəzsiz bir saziş, "Osmanlı imperatorluğu və Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsi" imzalandı.

Böyük tarixi əhəmiyyət daşıyan müqavilənin 4-cü bəndi hər iki tərəfi, xüsusən də Azərbaycanı son dərəcədə qane edirdi. Bu bəndə əsasən Azərbaycan Xalq Cümhuriyyəti yaranmış vəziyyətlə əlaqədar olaraq Osmanlı imperatorluğundan hərbi yardım istəmək imkanı əldə edirdi. Və həmin günü çox gözləmək lazım gəlmədi. Azərbaycan hökuməti vəziyyətin günü-gündən çətinləşdiyini görüb hərbi yardım üçün Osmanlı imperatorluğuna müraciət etdi. Nuru Paşanın rəhbərliyi altında Azərbay-cana gələn türk qoşunlarından və Müsəlman korpusundan təşkil olunmuş Qafqaz İslam Ordusunun köməyi ilə Gəncəyə doğru irəliləyən bolşevik-daşnak qoşunlarının qarşısı alındı. 1918-ci ilin sentyabr ayının 15-də isə artıq Qafqaz İslam Ordusu Bakıya daxil olmuşdu. Ayın 17-də isə Azərbaycan hökuməti Bakıya köçdü.

Paytaxtda gərgin işə başlayan Azərbaycan hökuməti  şəhərdə qayda-qanun yaradır, həyat öz axarına düşürdü. Ancaq gənc məmləkətin başı üzərindən qara buludlar əl çəkmirdi. Osmanlı imperatorluğu Birinci Cahan Savaşında məğlub tərəf kimi 1918-ci ilin 30 oktyabrında Mudros müqaviləsini imzalamağa məcbur oldu.

Müqavilənin şərtləri Azərbaycana yeni problemlər yaratdı. Belə ki, anlaşmaya görə, Osmanlı hökuməti bir həftə ərzində Azərbaycandan, bir ay ərzində isə bütün Qafqazdan qoşunlarını çıxarmalı idi. Zaqafqaziya resrublikaları İngiltərənin təsir dairəsinə düşmüşdü və müttəfiqlər adından ingilis qoşunları Bakıya girməli idilər.
Ölkənin müstəqilliyi, ərazi bütövlüyü hər an təhlükə qarşısında idi. Hər dəqiqənin hökmü vardı.

Bir vacib məsələni də qeyd etmək lazımdır.

Faktiki olaraq 1918-ci ilin oktyabr ayınacan mühüm güc strukturlardan biri olan, Hərbi nazirlik yaradılmamışdı. Azərbaycan hökuməti çətin vəziyyətə düşmüşdü. Vəziyyətin belə hal aldığını görən Nuru Paşa və onun əskərlərinin bir qismi Azərbaycan Ordusunda qalıb xidmət etmək istəyirdilər. Hətta bu barədə müqavilənin mətni də tərtib olunmuşdu. Lakin ingilis komandanlığı bu niyyətin də qarşısını ala bildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti təkləndi, onun müstəqilliyi təhlükə qarşısında qalmışdı. Belə vəziyyətdə Azərbaycan Xalq Cümhuriyyəti yalnız özünə arxayın olmalı və maraqları üst-üstə düşən ölkələrlə əməkdaşlığı gücləndirməliydi. Müstəqilliyi Azərbaycan kimi təhlükə qarşısında qalan Gürcüstan da özünü qorumaq üçün çıxış yolları axtarırdı. Bir tərəfdən Denikin, bir tərəfdən bolşeviklər hər iki respubli-kanın müstəqilliyinə qənim kəsilmişdilər. Qonşu Ermənistanın isə məqsədi tamam başqa idi: imkan qədər qonşulardan daha çox torpaq qoparmaq. Ona görə də Ermənistan denikinçilər və bolşeviklərlə gizli əlaqə saxlayır, hər cür vasitə ilə Azərbaycan-Gürcüstan əməkdaşlığına mane olmağa çalışırdı.

Azərbaycan və Gürcüstan respublikalarının yalnız bir yolu qalmışdı: hər iki ölkənin birgə müdafiəsi. Bu istiqamətdə müxtəlif səviyyələrdə danışıqlar və məsləhətləşmələr aparılırdı. Ancaq ən vacib şərt qısa zaman kəsiyində gənc ölkəni müdafiə edə biləcək qüdrətli ordunun qurulması idi. Bu müqəddəs işi dayanmadan yerinə yetirmək olduqca vacib vəzifələrdən birincisi sayılırdı.

Azərbaycan hökuməti bir sıra təcili tədbirlər gördü. Hərbi nazirlik bərpa edildı. Qısa müddət ərzində F.Xoyski Hərbi nazir, nazir müavini vəzifəsini isə tam artilleriya general-leytenantı Səməd bəy Mehmandarov icra etməyə başladılar. Lakin bu məsələdə də problemlər yarandı. İngilis generalı Tomson türk qoşunları ilə birgə Azərbaycan ordusunun da Bakını tərk etməsini tələb edirdi. Beləliklə, Hərbi nazirlik və ona aid hərbi qurumlar Gəncədə fəaliyyətlərini davam etdirməyə məcbur oldular. Bu da böyük təxribatın tərkib hissəsi idi. Yaranmış vəziyyətlə əlaqədar Xoyski tamamilə düzgün qərar qəbul edərək Səməd bəy Mehmandarovu Hərbi nazir, Əlağa Şıxlinskini isə nazir müavini vəzifəsinə təyin etdi. Yalnız bundan sonra ordunun formalaşması prosesi sürətlənməyə başladı.  
 
Ölkənin kompleks şəkildə müdafiəsinə ehtiyac vardı. Şimaldan bolşevik təhlükəsi narahatçılığı daha da artırırdı. Vəziyyətin kəskin şəkildə dəyişməsi Azərbaycan Hazirlər Şurasının sədri Fətəli xan Xoyskini əlavə tədbirlər görməyə vadar edirdi. Azərbaycan dirlomatiyası oxşar taleli ölkələrlə əlaqələrini gücləndirməyə çalışırdı. Osmanlı imperatorluğu kimi müttəfiqi itirdikdən sonra AXC hökuməti Tersk kazakları ilə əlaqə qurmağın vacibliyini başa düşürdü. Dekabrın 10-da Bakıda Dağlı-lar hökuməti ilə Tersk kazakları müvəqqəti hərbi hökumətinin nümayəndələri arasında müqavilə imzalandı. Müqavilədə bolşeviklərə qarşı qüvvələrin cəmləşməsi və onlara qarşı bütün vasitələrdən istifadə olunması nəzərdə tutulmuşdu.

Həmin illər Azərbaycan, Gürcüstan və Şimali Qafqaz resrublikaları üçün təkcə bolşeviklər deyil, eyni zamanda, "Vahid Rusiya" mövqeyindən çıxış edən çar generalı Denikin də təhlükə yaradırdı. Denikin nümayəndələrinin yalançı vədlərini müstəqilliyə can atan hər üç resrublika rəhbərliyi aydın başa düşürdü. Xüsusilə də 1919-cu ilin əvvəllərində bu narahatçılıq daha da geniş vüsət almışdı. İstər ordu quruculuğu, istərsə də dirlomatiya sahəsində atılan addımlara baxmayaraq əhali arasında böyük narahatçılıq vardı.

1919-cu ilin mart ayında vəziyyət daha da ağırlaşdı. Vədinə yalançı çıxan Denikin könüllülər ordusu Şimali Qafqaz Resrublikası hucum etdi. Denikinçilər bu təcavüzkar addımı belə əsaslandırırdılar ki, guya buradan bolşeviklərlə mübarizə aparacaqlar. Ancaq bu vəd də boş söz olaraq qaldı, heç iki ay keçməmiş könüllülər ordusu Dərbənd şəhərinə hucum etdi. Dərbəndin Denikinin könüllülər ordusu tərəfindən tutulması vəziyyəti olduqca gərginləşdirdi. Real təhlükə Azərbaycanın qapısının kandarında idi. Xarici işlər naziri Məmməd Yusif Cəfərov müttəfiqlərdən Denikin ordusunun dəmirqarı Dərbənddən və bütün Dağıstandan çıxarılmasını tələb edirdi və bildirirdi ki, bu akt birbaşa gənc dövlətə real təhlükədir. Denikinin Bakıdakı nümayəndəsi polkovnik Lazarev Azərbaycan hökumətini əmin etməyə çalışırdı ki, könüllü ordu Azərbaycanın müstəqilliyini tanıyır. Lakin AXC hökuməti Denikinin planlarından xəbərdar idi. Azərbaycanı, Gürcüstanı da tutmaq Denikinin gündəliyində dururdu. Ölkə rəhbərliyinin diqqəti bütünlüklə bu məsələyə yönəlmişdi. Hadi-sələri izləyən xalq ölkənin rəhbərlərini, xarici siyasət idarəsinin əməkdaşları bu prinsirial məsələdə dəstəkləyir, lazımı tədbirlərin görülməsini tələb edirdi. Belə bir ağır vəziyyətdə "Müsavat" rartiyasının və onun lideri Məhəmməd Əmin Rəsulzadənin təkidli tələbləri əsasında 1919-cu ilin may ayının 26-da və iyunun 5-də Azərbaycan parlamentinin fövqəladə iclası çağrıldı. İclas bütövlükdə Azərbaycanın təhlükəsizlik məsələlərinə həsr olunmuşdu və millət vəkilləri, hökumət nümayəndələri qızğın müza-kirələr aparırdılar.

İyun ayının 5-də AXC parlamenti Denikin təhlükəsi ilə əlaqədar keçirdiyi fövqəladə iclasda millət vəkilləri hökumətin gördüyü işləri bəyəndi və hökumətin ətrafında birləşmək üçün respublika əhalisinə müraciət etdi. 9 iyunda geniş səlahiyyətlərə malik olan və Nazirlər Şurasının sədrinin rəhbərliyi ilə Dövlət Müdafiə Komitəsi (DMK) fəaliyyətə başladı. DMK iyun ayının 11-də bütün respublika ərazisində fövqəladə vəziyyət elan etdi. Ayrı-ayrı qurumlara xüsusi səlahiyyətlər verilməsi qərar alındı. Hökumət üzvləri və parlament Denikin təhlükəsinin qarşısının vaxtında alınması üçün əməli tədbirlər görürdülər. Ölkənin xüsusi xidmət orqanlarında da struktur dəyişikliyi edildi. Belə ki, həmin vaxtlar əks-kəşfiyyat və kəşfiyyat təminatı Hərbi nazirliyin Baş Qərargahının general-kvartirmeyster idarəsinin tərkibində fəaliyyət göstərirdi. Kəşfiyyat bölməsi təzə strukturda da həmin idarənin tərkibində qaldı. Əks-kəşfiyyat xidməti isə müstəqil qurum kimi, Hərbi nazirliyin tərkibindən çıxarılaraq Əksinqilabla Mübarizə Təşkilatı (ƏMT) təşkil olundu. Beləliklə, ölkədə əks-kəşfiyyat təminatı funksiyasını ƏMT-ı yerinə yetirməyə başladı.

Azərbaycan hökuməti nəzdində Dövlət Müdafiə Komitəsinin yaradılması dövlətin müdafiəsinin təmin edilməsi məqsədi daşıyırdı. Hər an yarana biləcək təhlükə və təcavüzün qarşısının alınması üçün DMK fövqəladə tədbirlər görməyə çalışırdı. Denikin ordusunun generalı Erdelinin çıxışı qəzetdə çap olunandan sonra onların məqsədlərinin bəzi mətləbləri də aydın oldu. Çıxışda bildirilirdi ki, könüllülər Qızıl-Burun Zaqatala xəttinə qədər irəliləyəcəklər. Əgər Azərbaycan tərəfi maneçilik törətsə, bu hərəkət müharibənin başlanılması kimi başa düşüləcəkdir.

Xarici işlər nazirinin müavini A.Ziyatxanın AXC-nin Kuban hökuməti yanında diplomatik nümayəndəsinə yazdığı məktubda Azərbaycan hökumətinin mövqeyi açıq-aydın görünürdü: "...Azərbaycanın istiqlaliyyətinə təcavüz edən hər bir kəs, kimliyindən asılı olmayaraq onun düşmənidir...Birdəfəlik və qəti olaraq qərara gəlinmişdir ki, könüllü ordu hissələrini Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə buraxmamalı, Dağıstanda olan könüllü ordu hissələrinin oradan çıxarılması üçün israr etməli və Azərbaycan Ordusu demarkasiya xəttinə qədər Dağıstanı tutmalıdır. 

Yaranmış vəziyyətlə əlaqədar Azərbaycan hökuməti eyni zamanda, şimal sərhədlərimizin möhkəmləndirilməsi məsələlərinə də geniş fikir verməyə başlamışdı. Bakının müdafiəsi də son dərəcədə vacib idi. Çünki Bakı həm şimal istiqamətindən, həm də dəniz tərəfdən hucum xəttinə düşürdü. Bakının paytaxt və strateji şəhər kimi qorunması təkcə Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı deyildi. Bu, eyni zamanda Gürcüstanın da təhlükəsizliyi üçün problemlər yaradırdı. qeyd edilən problem Gürcüstan və Azərbaycanın xarici işlər nazirlərinin məktublarında da əsas müzakirə mövzusu idi. Deməli, Bakının, eləcə də Azərbaycanın müstəqilliyinin qorunması, həm də Gürcüstanın müstəqil dövlət kimi yaşaması demək idi. Denikin ordusu ilə Qara dəniz sahillərində yerləşən Soçi, Suxumi və Tuapse bölgələri uğrunda Gürcüstanla bir sıra hərbi toqquşmalar olmuşdu. Lakin Denikinçilər təcavüzkar siyasətlərini genişləndirməyə çalışırdılar.
Azərbaycan XİN-i Versalda olan nümayəndələrinə göndərdiyi məktubda Denikin təhlükəsinə qarşı mübarizədə Gürcüstanla Azərbaycan arasında əməkdaşlığı daha da möhkəmləndirmək tövsiyyə edilirdi. 1919-cu ilin aprel ayında çağırılmış Transqafqaz konfrasında müzakirə edilən məsələlərdən biri də Denikin təhlükəsi bağlı idi.

Konfransda iştirak edən Ermənistanın nümayəndələri Denikinə birbaşa  münasibətlərini bildir-mədilər. Lakin şimaldan gələn təhlükə Azərbaycan və Gürcüstanı eyni dərəcədə narahat etdiyi üçün onlar bu məsələdə həmrəy olduqlarını ifadə etdilər. Denikinlə ermənilər arasında gizli saziş vardı. Sazişə əsasən Denikin ordusu Azərbaycan və Gürcüstana hucum edəcəkləri halda Ermənistan onlara yardım göstərəcəkdi.

İyunun 11-də ingilislərin müəyyən etdiyi Dərbəndin cənubundan keçən ikinci demarkasiya xəttinə də Denikin Ordusunun məhəl qoymaması Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının sürətləndirilməsinə gətirib çıxardı. Başqa çıxış yolu yox idi. Hər iki tərəf öz müstəqilliklərini, suverenliklərini ancaq birlikdə müdafiə edə bilərdilər. Maraqlıdır ki, bunu hər iki tərəf, həm Gürcüstan, həm də Azərbaycanda aydın şəkildə başa düşürdülər. Azərbaycan və Gürcüstanın hərbi ekspertləri, dirlomatları hər iki ölkə üçün yaranmış təhlükəni dəf etmək məqsədilə müxtəlif görüşlər, diskusiyalar keçirirdilər. Ölçüb-biçib hər iki respublika üçün xüsusi əhəmiyyəti olan hərbi-müdafiə xarakterli müqavilə hazırladılar. Elə məqsədimiz də həmin illərin tarixi xronologiyası fonunda Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığına nəzər salmaqdı. 16 iyun 1919-cu ildə qədim Tiflis şəhərində Azərbaycan və Gürcüstan respublikaları arasında hərbi-müdafiə müqaviləsi imzalandı. Mü-qavilənin tarixi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onu olduğu kimi dərc edirik.

"Bir tərəfdən Xarici işlər naziri Cəfərov, Hərbi nazir general Mehmandarov və Baş Qərargah rəisi general Sulkeviç tərəfindən təmsil olunmuş Azərbaycan Respublikası hökuməti və digər tərəfdən Xarici işlər naziri Qeqeçkori, Hərbi və Daxili işlər naziri Ramişvili, Hərbi nazirin köməkçisi general Qedevanov və Hərbi Şuranın üzvü general Odişelidze tərəfindən təmsil olunmuş Gürcüstan Resrublikası səlahiyyətlərlə tanış olaraq, onları lazım olan forma və qayda taparaq, belə bir nəticəyə gəldilər ki, Zaqafqaziya respublikalarının müstəqilliyinə ciddi təhlükəni nəzərə alaraq, aşağıdakı əsas-larla əsl Müqavilə imzaladılar:
1.Razılaşan tərəflər respublikalardan birinin və ya hər ikisinin dövlət müstəqilliyinə və ya ərazi bütövlüyünə təhlükə törədən hər cür hücuma qarşı bütün silahlı və hərbi qüvvə və vasitələrlə birgə çıxış etmək öhdəliyi götürürlər. Qeyd: Bu rapaqraf Zaqafqaziya respublikalarının hələ başa çatmamış ərazi ayrılması əsasında baş verə biləcək sərhəd münaqişələrinə aid edilmir.

2. Əgər hər hansı bir qonşu dövlət rapaqraf 1-də nəzərdə tutulan artıq başlanmış hərbi əməliyyatlara əsasən, sərhəd mübahisəsini həll etmək üçün müttəfiqlərdən biri və ya hər ikisinə hücum edirsə, bu halda həmin dövlət müharibə aparan tərəf kimi qiymətləndirilir.

3. Hazırki müqavilə sırf müdafiə xarakteri daşıyır və əgər tərəflərdən biri öz təşəbbüsü ilə qabaqcadan razılaşmadan müharibə elan edir və ya hərbi əməliyyatlara başlayırsa, digər razılaşan tərəf döyüş əməliyyatlarında iştirak etməyə borclu deyil.

4. Razılaşmış tərəflər sərhədlər haqqında aralarında yarana biləcək bütün mübahisələri müqavilələr və ya arbitraj yolu ilə həll etməyi öhdələrinə götürürlər, bu da hər iki tərəf üçün qəti və məcburi hesab edilir.

5. Hazırki müqavilə üç il müddətinə imzalanır. Bu  müddətin bitməsinə bir il qalmış hər bir müqavilə imzalayan tərəfə bunu yeni müddətə uzatmaq və ya müqavilədən imtina etmək arzusunu bildirmək hüququ verilmiş olur, sonuncu halda müqavilə yalnız qeyd edilmiş müddətin bitməsi ilə qüvvədən düşmüş olur.
6. Razılaşmış tərəflər hər iki dövlətin müstəqilliyinin və suveren hüquqlarının qorunmasında həmrəylik göstərilməsi və dirlomatik danışıqlar aparılması barədə öhdəlik götürürlər.

7. Paraqraf 1 və 2-də göstərilən şərtlərin vaxtı çatsa, razılaşmış tərəflər separat sülh bağlamamaq barədə öhdəlik götürürlər.

8. Razılaşmış tərəflər müttəfiq dövlətdən əvvəlcədən razılıq almamış heç bir dövlətlə hərbi konvensiya bağlaya bilməz.

9. Əgər paraqraf 5-də göstərilən Xalqlar Liqası yaradılarsa və onun tərkibinə daxil olan bütün dövlətlərə sərhəd toxunulmazlığı qarantı verilərsə, razılaşan tərəflər Xalqlar Liqasına daxil olan andan müqavilə öz qüvvəsini itirir.

10. Zaqafqaziyanın üçüncü dövləti olan Ermənistana hüquq verilir ki, hazırkı müqavilə rəsmi elan olunduqdan iki həftə sonra bu müqaviləyə qoşulmağa razılıq verməsi barədə bəyanat versin.

11. Müqavilənin ratifikasiyası imzalandıqdan iki həftə sonra Bakı şəhərində aparılır.

12. Hazırki müqavilə 2 nüsxədə tərtib olunur.

Sənədi imzaladılar:

Azərbaycan Resrublikasının Xarici işlər naziri M.Y.Cəfərov, Hərbi nazir general Mehmandarov, Baş Qərargahın rəisi general-leytenant Sulkeviç; Gürcüstanın (Respublika) Xarici işlər naziri E.P.Qeqeçkori, Hərbi nazir H.Ramişvili, Hərbi nazirin köməkçisi general-mayor Qedevanov, General Odişelidze”.

Göründüyü kimi, üç illik müddətə imzalanmış hərbi müqavilə tərəflərin qeyd etdiyi kimi, yalnız müdafiə xarakteri daşıyırdı. Əgər hər hansı ölkənin müstəqilliyinə, ərazi bütövlüyünə təhlükə yaranardısa, tərəflər hərbi yardım göstərməyə borclu idilər. Bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, tərəflər öz aralarında olan sərhəd mübahisələrini kənara qoymuşdular. Əgər iki tərəf razılaşmasa, onlardan heç biri digər dövlətlə müqavilə imzalaya bilməzdilər. Bu müqavilə Xalqlar Liqası yaranan və hər iki resrublikanın müstəqilliyini, ərazi bütövlüyünü tanıyan kimi öz hüquqi qüvvəsini itirirdi. Ermənistanın da bu müqavilədə iştirakı nəzərdə tutulmuşdu. Özü də müqavilənin 10-cu bəndində tərəflər Ermənistana düşünüb-daşınmaq üçün iki həftə vaxt ayırmışdılar. Göstərilən vaxt ərzində Ermənistan tərəfi bu müqaviləyə qoşulmağı barədə bəyanat verə bilərdi. Yəqin ki, hətta mütəxəssis olmayanlar belə müqavilənin yalnız müdafiə xarakteri daşıdığını aydın görürlər.
Müqavilənin 11-ci bəndində göstərilirdi ki, həmin hərbi saziş iki həftə sonra məhz Bakı şəhərində ratifikasiya olunmalıdır. Tərəflər necə razılaşmışdılarsa, elə də oldu. 27 iyun 1919-cu ildə Bakı şəhərində Azərbaycan Parlamenti Azərbaycan və Gürcüstan Respublikaları arasında hərbi-müdafiə müqaviləsinin ratifikasiyası barədə fövqəladə iclas keçirmişdir. Parlamentin iclasında qonşu ölkənin nümayəndələri - Gürcüstanın Yollar və Torpaq naziri H.Xomeriki, Xarici işlər nazirinin müavini H.Kartsivadze və Gürcüstanın Azərbaycandakı dirlomatik missiyasının başçısı Alşibaya da iştirak edirdilər. İclasa Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayev sədrlik edirdi. O, 16 iyunda bağlanmış müqavilənin ratifikasiya edilməsinin vacibliyindən danışmışdır. İclasın katibi Perinov müqavilənin rus və türk dillərində iştirakçılara çatdırdıqdan sonra AXC-nin Xarici işlər naziri Məmməd Yusif Cəfərov geniş məruzə ilə çıxış etmişdir. "... bu gün Zaqafqaziya respublikalarının tarixində əlamətdar gündür, mən qonşu xalqlara qarşı Azərbaycan xarici siyasətinin ümumi isti-qamətlərinin xarakterini sizin diqqətinizə çatdırmaya bilmərəm. Bu siyasət barədə ikifikirlilik ola bilməz. Azərbaycan hökuməti qonşu Zaqafqaziya resrublikaları ilə münasibətdə həmişə bir məqsədə çalışmışdır ki, onların arasında sıx, möhkəm və birgə əməkdaşlıq olsun... Ermənistan Resrublikasının bu məsələyə münasibəti fərqlidir. Onların hökuməti görünür belə hesab edir ki, müstəqilliyin müdafiəsindən daha vacib ərazi mübahisələrinin həllidir... Ancaq indi Qafqaz xalqlarının müstəqilli-yinə şimaldan təhlükə yaradan qara qüvvvələr mövcuddur Bu təhlükənin qarşısının alınması üçün Azərbaycan və Gürcüstan hökumətləri praktik olaraq hərbi-müdafiə barədə müqavilə imzaladılar. Beləliklə, Azərbaycan və Gürcüstan ümumi təhlükəyə qarşı öz güclərini birləşdirdilər. Bu təhlükəyə qarşı ermənilər və dağlılar birləşmədilər. Dağlılar bildiyiniz kimi, özlərindən asılı olmayan səbəblərə görə başqa vəziyyətdədir, onlar müvəqqəti olaraq müstəqilliklərini itiriblər, əgər belə olmasaydı, şüb-həsiz ki, bu müqaviləyə qoşulacaqdılar. Ermənilər isə azadlıqsevər dağlı xalqlarının qara qüvvələr tərəfindən əzilməsində xüsusi mövqe tutdular. Erməni nümayəndələrinin məsələyə belə münasibəti Azərbaycan və Gürcüstanı bir-birinə separat münasibətlərə gətirib çıxardı. Ancaq biz erməni hökumətinin öz hüquqlarından istifadə edərək bu müqaviləyə qoşulacağına ümidimizi itirmirik, həm də siz eşitdiniz ki, sazişin mətnində xüsusi paraqraf vardır...Saziş üç il müddətinə bağlanmışdır...Çıxışımı bitirərək sizə deməliyəm ki, hökumət Azərbaycan parlamentinin Azərbaycan xalqının iradəsinin nümayəndəsi kimi bu tarixi gündə müqaviləni təsdiq edəcəyinə inanır və heç bir şübhə etmir. Azərbaycan hökuməti Azərbaycan xalqı ilə birlikdə müstəqillik və azadlığın qarantı kimi bu müqavilənin keşiyində dayanacaq və şərtlərinə əməl edəcək...

Parlamentin iclasında ayrı-ayrı fraksiyaların rəhbərləri və nümayəndələri çıxış edərək məsələyə münasibətlərini bildirdilər. Həmin çıxışların bəzi hissələrini ixtisarla dərc edirik.

M.Ə.Rəsulzadə ("Müsavat") - ...Müqavilə xalqların öz iradəsinin nəticəsidir. Əlbəttə, biz çox istərdik ki, bu müqavilənin sonunda bütün Zaqafqaziya xalqlarının imzası olsun, təəssüf ki, bu, belə deyil. Ancaq biz inanırıq ki, erməni xalqı, erməni demokratiyası biz gedən yolla gedəcək.

Y.Əhmədov (bitərəf) - ...Bağlanmış müqavilə yalnız hərbi əhəmiyyət daşımır, bizim aramızda ticarət əlaqələri də yaxşılaşacaq...

İ.Əbilov (sosialist fraksiyası ) - Biz bilirik ki, Denikin vahid Rusiya uğrunda çalışır, əgər bu nəticə versə, onun sonuncu zərbələrindən biri Azərbaycana və Zaqafqaziyaya yönələcəkdir...

Q.Əfəndizadə ("Əhrar") - ... İndi xalqlar bütün gücləri ilə hüquqlarını qorumağa çalışacaqlar. Mən Gürcüstanla müqaviləni alqışlayıram, həmrəylik və Qafqaz xalqlarının yaxınlaşması bizim partiyanın proqramına daxildir...

V.Bakradze (Azərbaycanın gürcü əhalisinin nümayəndəsi, sosialist bloku) - Azərbaycan Resrblikasının ərazisində yaşayan gürcü kimi, xalq nümayəndələrinin yüksək tribunasından çıxış etməyi özümə şərəf bilirəm, bu aktın bağlanmasını alqışlayır və ondan yeni yola qədəm qoymuş Zaqafqaziya xalqlarının gələcəyi naminə nəticələr gözləyirəm...

Q.Qarabəyov ("İttihad") - Bağlanmış müqavilə həqiqətən demokratikdir...

Parlamentin sonunda Həsən bəy Ağayev bildirir ki, Azərbaycan Parlamenti yekdilliklə bağlanmış konvensiyanı təsdiq etdi və sübut etdi ki, Azərbaycan xalqı özünün və bütün Zaqafqaziya xalqlarının hüquqlarını var gücü ilə qoruyacaqdır.

Azərbaycan və Gürcüstan respublikalarının nümayəndələri bağlanmış hərbi müqavilə barədə Paris sülh konfransına təqdim etdikləri məlumatda göstərirdilər ki, bu sazişdə yalnız birgə müdafiə məqsədləri güdülür. Müqavilə əvvəlcə ingilis komandanlığı tərəfindən çox soyuq qarşılandı. Lakin Denikinin cənuba doğru irəliləməsi onların fikrini dəyişdi. Britaniyanın Şərqi Avropada və Qafqazda olan qoşunlarının komandanlığl da Denikinin bu hərəkətinə etiraz əlaməti olaraq AXC Nazirlər Şurasının sədri H.Usubbəyova və Paris sülh konfransına məlumat göndərdi. Həmin məlumatda göstərilirdi ki, ingilis komandanlığı imzalanmış hərbi sazişi Transqafqazın birliyi üçün başlıca təminat hesab edir.

Azərbaycan-Gürcüstan hərbi müqaviləsi imzalandıqdan sonra hər iki respublikanın müvafiq struktur və təşkilatları arasında müəyyən işlər görülürdü. Arxiv materialları arasında bu barədə bir sıra materiallar saxlanılır.

19 sentyabr 1919-cu ildə Hərbi nazir tam artilleriya general-leytenantı Səməd bəy Mehmandarov "məxfi saxlanılmalıdır" qrifi ilə Gürcüstandan silah və hərbi ləvazimat gətirilməsi ilə bağlı 421 saylı əmr vermişdir. Əmrdə deyilir: "Baş Artilleriya İdarəsinin rəisi general-mayor Tlexas mənim tərəfimdən komissiyanın rəhbəri kimi Gürcüstan Resrublikasından bizim üçün böyük əhəmiyyət kəsb edən müxtəlif silah və digər hərbi ləvazimatlar gətirmək məqsədilə Tiflisə ezam olunmuşdu. Bir sıra maneələrə baxmayaraq, qısa vaxt ərzində sərfəli qiymətə bir neçə növ qiymətli ləvazimat alınaraq Gəncəyə və Bakıya gətirilmişdir. Əşyaların böyük qismi təzədir, köhnələr isə işlək vəziyyətdədir. Mənim tərəfimdən tarşırılmış işin öhdəsindən vicdanla gəldiyinə görə general-mayor Tlexasa səmimi təşəkkürümü bildirirəm. Ləvazimatların baxışında, qəbulunda, alınmış əşyaların yola salınmasında komissiyanın digər üzvlərinə də təşəkkür edirəm".

Deməli, artıq əməli işlər başlanılmışdı. Bu tirli məlumatların sayını çoxaltmaq da olar.

Respublikanın müdafiəsi barədə Səməd bəy Mehmandarov Nazirlər Şurasının və Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Usubbəyova 26 iyun 1919-cu ildə 3152 saylı raport yazmışdır. Raportu ixtisarla dərc edirik: ... Gürcüstanla hərbi müqavilədən sonra bizim ordunun döyüş hazırlığının yüksəldilməsi üçün aşağıdakı tədbirlər görülmüşdür.

1. Hərbi konvensiyanın şərtlərinə əsasən Tiflis şəhərindən hərbi əmlakın alınması üçün general-mayor Tlexasın sədrliyi ilə komissiya yaradılmışdır.

2. Bakının dənizdən və qurudan qorunması layihəsinin hazırlanması, möhkəmləndirilməsi üçün Xaçmaz-Bakı-Ələt rayonuna Baş Qərargahın zabitlərindən ibarət hərbi mühəndislər və artilleriyaçılar göndərilmişdir. Bu məqsədlə gürcülər Baş Qərargahın zabitini (rolkovnik Hatsvalov) və hərbi mühəndisi (rolkovnik Takaişvili) 4 istehkamçı zabitlə birlikdə bizə vermişlər. Artilleriyaçılar (Azərbaycan artilleriya briqadasının komandiri şahzadə Məmməd Qacar və kapitan Kuquşev) bizimkilərdir.

3. Tiflisə aviasiya kurslarına 6 zabit, 4 radioteleqrafçı, 10 əskər ezam edilir. Bu kurslar 1 iyuldan başlanır. Bu sahədə bizim mütəxəssislərimiz yoxdur.

4. Piyada qoşunlarında təminat işləri üzrə rəis, batalyon, batareya, rota komandirləri və kiçik zabitlər vəzifəsi tutmaq istəyən gürcü zabitləri dəvət edilmişlər.
Onların qarşısında şərt qoyulmuşdur: kadr zabitləri olmalı, Gürcüstan Hərbi nazirliyinin attestasiyasından əla keçməlidir.

Səməd bəyin Nəsib bəyə raportundan görünür ki, hökumət Hərbi nazirdən bağlanmış məlum müqavilədən sonra görülmüş tədbirlər barədə hesabat tələb edir. Hesabatdan məlum olur ki, Hərbi nazirlikdə Gürcüstandan hərbi əşya və əmlakın alınması barədə komissiya yaradılmışdır. S.Mehmandarovun yuxarıda verdiyi əmrdən də aydın olur ki, komissiya general-leytenant Tlexasın rəhbərliyi ilə qarşıya qoyulan vəzifələrin öhdəsindən bacarıqla gəlmişdir. İkincisi, Bakının və şimal sərhədlərimizin möhkəmləndirilməsi və müdafiəsi üçün ölkənin şimal bölgəsinə mühəndis və artilleriyaçılardan ibarət mütəxəssislər göndərilmişdir. Özü də bu mütəxəssislərin içərisində gürcü zabitləri də vardı. Çünki Hərbi nazirin də yazdığı kimi, həmin illər Azərbaycanda hərbi mühəndislik, aviasiya, radioteleqrafçı sahəsində mütəxəssislərimiz yox idi. Xüsusən də müdafiə olunduğumuz bir vaxtda hərbi mühəndislərə ehtiyac vardı. Yeri gəlmişkən, 1919-cu ilin sentyabr ayının 14-də Azərbaycan Silahlı Qüvvələrində ilk aviasiya dəstəsi yaratmaq barədə əmr imzalandı. Bu əmrdən bir gün əvvəl nazirin əmri ilə Tiflisdə aviasiya kursları keçmiş Xan Əfşar Teymurçin hərbi təyyarəçi vəzifəsinə qəbul edilmişdi.

Bundan başqa, Azərbaycan Ordusunun piyada qoşunlarında xidmət keçmək istəyən gürcü zabitləri işə dəvət edilmişdilər. Onların qarşısında şərt qoyulmuşdu: Gürcüstan Hərbi nazirliyindən attestasiyadan keçdikdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə qəbul oluna bilərlər.

Azərbaycan Ordusunda xidmət edən gürcü zabiti rotmistr Pxakadze Gürcüstan hökumətinin qərarı ilə podpolkovnik rütbəsinə layiq görülmüşdü və Azərbaycan Hərbi nazirinin müvafiq əmri ilə Pxakadzenin yeni rütbəsi buradakı xidməti zamanı nəzərə alınmışdı.

9 noyabr 1919-cu ildə Baş Qərargahın general-kvartirmeyster idarəsinin rəisi rolkovnik Vasili Dmitriyeviç Karqaleteli tərəfindən hazırlanmış "Azərbaycan Resrublikası Hərbi nazirliyinin idarə, müəssisə və qoşunlarının dislokasiya yer"i adlı siyahısından görünür ki, Azərbaycan Ordusunda xeyli gürcü zabitləri xidmət etmişdir: Baş Qərargahın general-kvartirmeyster idarəsinin və hərbi xəbərlər şöbəsinin rəisi polkovnik Vasili Dmitriyeviç Karqaleteli, Xaçmazdakı 2 saylı zirehli qatarın rəisi kapitan Mixail Ustinoviç Kandelaki, Gəncədə hərbi dəmiryolu məktəbinin rəisi polkovnik Koçladze, Bakıda avtomobil hissəsinin rəisi podpolkovnik Odişelidze, Hərbi Baytar idarəsinin baş müşaviri Avtandil Qavriloviç Kvitaşvili, Gəncə şəhərinin komendantı polkovnik Svanadze. Onlardan başqa, Azərbaycan Ordusunda süvari diviziyasının komandiri vəzifəsini icra etmiş, qərargah rəisi general-mayor Zaxar Vasilyeviç Amaşukeli, general-mayor knyaz Abel Qavriloviç Makeyev, əvvəl 4-cü Quba piyada alayının komandiri, sonra Gəncə hərbi məktəbinin rəisi vəzifəsində işləmiş polkovnik Konstantin Davidoviç Çxeidze və xüsusi tarşırıqlar generalı general-mayor Aleksandr Vasilyeviç Pursalidze, Zaqatala polkunun 1-ci seçmə batalyonunun komandiri kapitan Z.Vaçnadze və s. xidmət edirdilər. Sənədlərdən də görünür ki, yuxarıda adı çəkilən zabitlərin böyük hissəsi öz xidməti vəzifələrini ləyaqətlə yerinə yetirmişlər. Xüsusən də general-mayorlardan Amaşukeli, Makeyev, polkovniklər Karqaleteli, Çxeidze Azərbaycan Ordusunun formalaşmasında yaxından iştirak etmişlər. Bunu S.Mehmandarovun müxtəlif vxtlarda verdiyi əmrləri də sübut edir. Gürcü generalı Amaşukeli 1919-cu ilin əvvəllərindən Azərbaycan Ordusunda çalışırdı. Sonra öz xahişi ilə ordu sıralarından tərxis olunmaq barədə Hərbi nazirə müraciət etmişdi. Bu haqda Səməd bəy verdiyi əmrdə Amaşukeli-ni sədaqətli, işgüzar, məsuliyyətli bir zabit kimi qiymətləndirirdi. Və bu cür zabitlərin ordunu tərk etməsindən təəssüfləndiyi bildirirdi. Onu da qeyd etmək lazımdır ki, bolşevik işğalı ərəfəsində Azərbaycan hökumətinin ordu ilə bağlı son qərarlarından biri də iki gürcü zabitinə - rolkovnik Karqaleteli və rolkovnik Çxeidzeyə general-mayor rütbəsi verilməsi ilə bağlı idi.
Yaranmış vəziyyət şimal sərhədlərimizin etibarlı qorunmasını tələb edirdi. Gürcüstan Ordusunun Baş Qərargah zabiti Hatsvalov, mühəndis-texniki bölməsinin rəisi polkovnik Takayşvili və 4 istehkamçı zabitin Bakı və Abşeron yarımadasında, Azərbaycanın şimal sərhədlərində görülən müdafiə tədbirlərinin yoxlanılmasında və təkliflər verilməsində iştirakı da bununla bağlı idi. Gürcü zabitlər Azərbaycan Hərbi nazirliyinin əməkdaşlarının daxil olduğu komissiyanın tərkibində faydalı və məqsədyönlü tədbirlər görmüşdülər. Müdafiə obyektləri və mövqelər yoxlanılarkən çoxlu nöq-sanlar üzə çıxarılmış və bunların aradan qaldırılması üçün məsləhətlər verilmişdi. Komissiyanın üzvü polkovnik Takayşvili Bakı şəhərinin müdafiə planını, görüləcək işlərin təşkilini və bütövlükdə smetasını hazırlamışdı.
27 avqust 1919-cu ildə Azərbaycanın şimal sərhədlərinin möhkəmləndirilməsi ilə əlaqədar ştabs kapitan Sereteli Karqaleteliyə Xaçmaz stansiyasından məxfi məruzə göndərmişdir. Avqust 1919-cu ildə hərbi mühəndis general-mayor Takaişvili Bakının müdafiəsi barədə Karqaleteliyə məlumat geniş məlumat hazırlamşdı.
1 noyabr 1919-cu ildə məxfi qrifi ilə Bakı Möhkəmləndirilmiş rayonunun mövqe batareyaları rəisi podpolkovnik knyaz Mikeladze mövqelərə torların gətirilməsi üün 73 saylı parortla Tlexasa müraciət etmişdir.

14 noyabr 1919-cu ildə məxfi qrifi ilə yenə də Mikeladze mövqe batareyaları arasında telefon rabitəsi sisteminin təşkili barədə 133 saylı raport hazırlamışdı.
15 noyabr 1919-cu ildə Takaişvili Bakının dənizdən müdafiəsi ilə inspeksiya işlərinin gedişi barədə Mehmandarova məruzə etmişdir. Onu da demək lazımdır ki gürcü millətindən olanları Azərbaycan xüsusi xidmət orqanlarına da işə götürürdülər. Əksinqilabla Mübarizə Təşkilatında 5 (onlardan 3-ü rəhbər vəzifələrdə təmsil olunmuşdular), İnformasiya şöbəsində 3 (1-i rəhbər vəzifə tuturdu), Parlamentin Mühafizə dəstəsində 1 nəfər xidmət göstərirdi. Mühafizə Dəstəsində xidmət edən podporuçik Dauşvilinin hətta Qarabağda ermənilərlə döyüşdə qəhrəmancasına döyüşərək ya-ralandığı barədə arxiv materialları saxlanılır.
Gürcüstan Hərbi nazirliyi, onun Baş Qərargahı ilə sıx əlaqə olduğu kimi, xüsusi xidmət orqanları arasında da müəyyən münasibətlər mövcud idi. Bu qənaətimizi arxiv sənədləri də sübut edir.

Hərbi nazir general-leytenant Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç 11 avqust 1919-cu ildə Xarici işlər nazirinə yazdıqları 3496 saylı məktubda göstərirdi ki, ... Ermənistan qoşunları barədə məlumat toplanılması Tiflisdəki hərbi attaşeyə tarşırılmış-dır. Ona Gürcüstanın Baş Qərargahı ilə birlikdə gizli kəşfiyyat təşkil etmək tarşırılmışdır.

Məlumat üçün deyim ki, həmin illər Tiflisdə hərbi attaşe vəzifəsini podpolkovnik Məmməd bəy Əliyev icra edirdi. O, hərbi attaşe vəzifəsi ilə yanaşı kəşfiyyat işlərini də yerinə yetirirdi. Hərbi nazirliyin məktubundan da görünür ki, attaşe-kəşfiyyatçı Məmməd bəy Əliyev gürcü həmkarları ilə, Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargahının kəşfiyyat xidməti ilə Ermənistanda vəziyyəti barədə gizli kəşfiyyat işləri aparırdı. Sənədlərdən də göründüyü kimi, Azərbaycan tərəfi gürcü həmkarlarları ilə yalnız hərbi sahədə deyil, xüsusi xidmət sahəsində də hər iki tərəfin maraqlarını nəzərə almaqla faydalı  əməkdaşlıq edirdilər.
Sənədlərdən o da məlum olur ki, Gürcüstanın xüsusi xidmət orqanlarında da azərbaycanlılar işləyirdilər. Qonşu respublikanın Əks-kəşfiyyat idarəsində kapitan Yusif bəy Əhmədbəyov adında azərbaycanlı çalışırdı. Bu barədə Tiflisdəki Azərbaycan diplomatik nümayəndəliyinin müavini Vəki-lovun 1919-cu ilin avqust ayında Xarici işlər naziri Məmməd Yusif Cəfərovla bir-birilərinə ünvanladıqları şirrəteleqramlarda öz əksini geniş tapmışdır.

1919-cu ilin sonlarından zəifləməyə başlayan Denikin təhlükəsi 1920-ci illərin əvvəllərində sona çatdı. Denikinin tutduğu ərazilərdə qalxan üsyanlar ona daxildən zərbələr vurmağa başladı. Bolşeviklərin sürətlə irəliləyişi onu Şimali Qafqaz bölgəsini tərk etmək məcburiyyətində qoydu. Bir məsələni də qeyd etmək vacibdir ki, Denikin təhlükəsinin sovuşması Azərbaycanı heç də bəlalardan qurtarmırdı. Əksinə, Denikinin Şimali Qafqazı tərk etməsi Azərbaycanı daha dəhşətli faciələrlə üzləş-dirəcəkdi. T.Svyatoçovski yazırdı ki, Denikinin məğlubiyyəti Zaqafqaziya Respublikalarında sevinc doğurmadı, çünki onlar qələbədən ruhlanmış bolşeviklərin simasında daha güclü düşmən qazandılar. Bolşeviklərin niyyəti özünü 1920-ci ilin 2 yanvarında göstərdi. Sovet Rusiyasının xarici işlər naziri G.Çiçerin azərbaycanlı həmkarına ağqvardiyaçıların tamamilə darmadağın edilməsi məqsədilə Azərbaycanı hərbi müqavilə imzalamaq üçün dərhal danışıqlara başlamağı təklif edirdi. Eyni məz-munlu nota Gürcüstan Resrublikasına da təqdim olunmuşdu. Bu təklif eyni zamanda, Azərbaycanı dünya ictimayyətinin, ələlxüs da müttəfiq ölkələrin qarşısında gözdən salmaq və Azərbaycan Silahlı Qüvvələrinin şimal sərhədlərinə cəlb edilməsilə cənub-qərb sərhədlərinin mühafizəsini zəiflətmək məqsədi güdürdü.

Yanvarın 6-da DMK-nın təcili iclasında Rusiyanın müraciəti müzakirə olundu. AXC-nin Xarici işlər naziri F.Xoyski Sovet Rusiyasının Azərbaycan və Gürcüstana hərbi saziş bağlamaq təklifi ilə əlaqədar danışıqlara başlamaq təklifi barədə çıxış etdi. DMK uzun müzakirələrdən sonra qərar qəbul etdi:

1. Xarici işlər nazirinə tarşırılsın, Sovet Rusiyasının təklifi barədə Gürcüstanla məsləhətləşdikdən sonra Sovet Rusiyasına cavab versin ki, Azərbaycan Resrublikası azad və müstəqil dövlət kimi Sovet Rusiyası ilə qarşılıqlı münasibətlər yaratmaq üçün danışıqlara girməyə hazırdır.

2. Antanta ölkələrinə münasibətlərlə bağlı Böyük Britaniyanın son günlərin siyasi şəraitinə münasibətini aydınlaşdırmalı və İngiltərənin nüfuzundan respublikanın mənafeyinə istifadə edilsin

3. Dağıstana münasibət məsələsində isə Dağıstanda ictimai fikri Azərbaycanın maraqlarına yönəltmək və Dağıstanda bizim fəaliyyətimizə rəhbərlik etmək üçün siyasi cəhətdən hazırlanmış şəxslər və Dağıstanın azadlığını qorumaq üçün hərbi qüvvə göndərmək.

Zaqafqaziya Respublikalarında yaranmış vəziyyətlə əlaqədar olaraq müttəfiq ölkələrinin təşəbbüsü ilə Tiflisdə bölgə dövlətlərinin Xarici işlər nazirlərinin konfransı keçirildi. Konfransı keçirməkdə əsas məqsəd bolşevik Rusiyasına qarşı mübarizə məsələsi idi. Azərbaycan hökuməti Böyük Britaniyanın ali komissarından Rusiyaya qarşı mübarizədə yardım göstərilməsi barədə müraciət etmişdi. Yanvarın 4-də AXC-nin Tiflisdəki dirlomatik nümayəndəsinin müavini Vəkilov Qeqoçkori ilə söhbət haqqında Bakıya şifrəli teleqram göndərmişdi. Teleqramda ətrafda baş verən proseslər, Dağlı Respublikasında vəziyyət, birgə döyüş əməliyyətlarının yaradılması və s. barədə danışılırdı. Onu da deyim ki, birgə döyüş əməliyyatları dedikdə Gürcüstanın Vladiqafqazı, Dağıstanı isə Azərbaycanın tutması nəzərdə tutulurdu. Azərbaycan hökuməti xalqın və müttəfiqlərin dəstəyini hiss etdikdən sonra Dərbəndi tutmaq üçün xüsusi olaraq hazırlıq tədbirləri görməyə başladılar. Ümumiyyətlə, DMK-nın Sovet Rusiyasının müraciəti ilə əlaqədar qəbul etdiyi qərarın 3-cü bəndi Britaniyanın Ali Komissarına bildiriləndə, Uordrop Dağıstana hucumun qəti olaraq yolverilməz ol-duğunu bildirmişdi. Uordropun fikrincə, bu, Sovet Rusiyası qoşunları ilə növbəti toqquşma üçün bəhanə ola bilərdi. Beləliklə, Denikin təhlükəsi sovuşdu, Antanta ölkələri Ali Şurası 1920-ci ilin yanvarın 11-də Azərbaycan və Gürcüstanı de-fakto tanıdı. Bu münasibətlə Azərbaycan Parlamenti təntənəli iclas keçirdi, Bakıda hərbi parad keçirildi. Yanvarın 14-də isə Xarici işlər naziri Fətəli xan Xoyski Çiçerinə cavab notası göndərmişdir: "... Xalqların öz müqəddaratını təyin etməsi əsasında yaranan Azərbaycan Respublikası dönmədən o nöqteyi-nəzəri müdafiə edir ki, hər bir xalq öz tale və həyatını istədiyi kimi müəyyən etmək hüququna malikdir... Bu sarsılmaz prinsipdən çıxış edən Azərbaycan hökuməti rus xalqının öz daxili həyat quruluşu məsələlərinə müdaxiləni yolverilməz hesab edir. Azərbaycan Respublikasının gələcəkdə bitərəf olmasına baxmayaraq, azadlığının və müstəqilliyinin hər cür xarici qəsdlərdən müdafiə edilməsində tamamilə yekdildi. Buna görə də Azərbaycan hökuməti Denikinlə, onun tərəfindən həmişə Azərbaycan xalqının müstəqilliyinə qəsd edildiyinə görə gərgin mübarizə arapmış və mübarizənin müvəffəqiyyətli olması məqsədilə qonşu gürcü hökuməti ilə Hərbi müdafiə ittifaqı bağladı. Azərbaycan hökumətinin yuxarıda qeyd edilən xarici siyasət xətti digər xalqlarla mehriban münasibətlərin qurulmasını tələb edir, buna görə də Azərbaycan hökuməti hər iki tərəfin suverenlik prinsipi əsasında danışıqlar yolu ilə Azərbaycan və rus xalqları arasında mehriban qonşuluq münasibətləri qurmağa hazırdır.

Şübhəsiz ki, bu cavab Rusiyanı qane edə bilməzdi. Onlar daha ağır, mürəkkəb şərtlərlə əlavə danışıqlar irəli sürürdülər. Çünki onun məqsədi məlum idi. Martın 17-də Leninin Smilqa və Orconikidzeyə göndərdiyi "məşhur" teleqramında deyilirdi: "Bakını tutmaq bizə olduqca zəruridir. Bütün səyinizi buna verin, həm də bəyanatlarda son dərəcə dirlomatik olmaq və möhkəm yerli sovet hakimiyyəti hazırlandığını tamamilə yəqin etmək zəruridir. Gürcüstan haqqında da eyni ilə hərəkət edin, özü də Gürcüstana daha ehtiyatlı yanaşmağı məsləhət görürəm. Qüvvələr yeridilməsi haqqında Baş komandanla məsləhətləşin".

Məncə şərhə ehtiyac yoxdur. Bolşeviklər artıq Bakıda və müxtəlif bölgələrdə fəaliyyətə başlamışdılar. Şəhərin bütün hissələrində, obyektlərdə, hətta hərbi hissələrdə yerli bolşeviklər təbliğat aparırdılar. Yerlərdə dəstələr təşkil olunurdu. Fəhlə-kəndlilər Rusiya ilə Azərbaycan arasında hərbi ittifaqın bağlanmasını tələb edirdilər. Sovet Rusiyasının təzyiqi yalnız Bakıda deyil, cəbhə bölgələrində də hiss olunurdu. Qarabağda, xüsusən də Xankəndində, Əskəranda ermənilər hərbi hissələrə  hucum etmişdilər. Və bu hucumlar Azərbaycan Ordusu tərəfindən dəf edilmişdi. Müttəfiqlərin Azərbaycana və Gürcüstana ordu göndərməyəcəyi, yalnız silah-sursatla onları təmin edəcəyi barədə qərarının elan edilməsi bolşeviklər üçün geniş imkanlar açdı.

Vəziyyətin getdikcə daha da gərginləşdiyini görən Azərbaycan və Gürcüstanın hökuməti, hərbi xadimləri, ekspertləri birgə müdafiə məsələlərinin gücləndirilməsi üçün bir sıra tədbirlər görmək məcburiyyətində qaldılar. Hələ 1919-cu ilin iyun ayında bağlanmış hərbi müqavilənin işığında daha bir, özü də tamamilə məxfi Hərbi İttifaq Şurasının Əsasnaməsini hazırladılar. Bu, olduqca ciddi bir sənəd idi. "Azərbaycan və Gürcüstan Respublikalarının Hərbi İttifaq Şurasının Əsasnaməsi 18 yanvar 1920-ci il. Məxfi.

I. İttifaqın yaradılması

1. Azərbaycan və Gürcüstan respublikaları hökumətləri arasında 19 iyun 1919-cu ildə bağlanmış sazişə hərbi-texniki xarakterli əlavənin edilməsi və müttəfiq qoşunların komandanı məsələsi həll edilənədək Hərbi İttifaq Şurası yaradılır.

II. Şuranın tərkibi

2. Şuranın tərkibinə hər respublikanın yüksək rütbəli iki nümayəndəsi daxil edilir. Onlardan biri Şuranın sədri seçilir.

III. Şuranın kargüzarlığı Şuranın özü tərəfindən Azərbaycan və Gürcüstan zabitləri arasından seçilmiş xüsusi şəxslərə həvalə edilir.

3. Şuranın vəzifələri.

4. Şuranın vəzifəsi:
a) Düşmənin mümkün hərbi hərəkətləri öyrənmək;
b) Mümkün müdafiə planının işlənilməsi;
v) Hər iki respublika qoşunlarının döyüş hazırlığı vəziyyətininin mütəmadi izlənilməsi;
q) Hər iki respublika qoşunlarının dislokasiya yerinin işlənilməsi.

IV. Şuranın hüquqları.
5. Müdafiənin bütün məsələləri ilə Şura sədri hər iki respublikanın və hərbi nazirliklərin rəhbərlikləri ilə birbaşa əlaqə saxlaya bilər.
6. Şuraya iclaslarda səvermə hüququ olan ekspertlərin dəvət edilməsi hüuqu verilir.
7. Şuranın strateji və hərbi-texniki xarakterli qərarları hər iki respublika hökumətlərinin maraqlarına cavab verməlidir. Bu qərarların həyata keçirilməsi maliyyə və texniki imkanlardan asılıdır.
8. Mümkün məsələlərin həlli üçün Hərbi İttifaq Şurasının tərkibində maraqlı tərəflərin iştirakı ilə xüsusi müşavirələr təyin olunur.
9. Müşavirələrdə Hərbi İttifaq Şurası ilə nazirlərin biri arasında fikir ayrılığı yaransa, axırıncı qərarın qəbul edilməsi üçün Gürcüstan Nazirlər Şurasının sədrinə və ya Azərbaycan Dövlət Müdafiə Komitəsinin sədrinə məruzə edilir.
10. Hərbi İttifaq Şurasının üzvləri öz ölkələrinin hərbi-siyasi müşavilərində mütləq iştirak etməlidirlər.
11. Hərbi İttifaq Şurasının üzvləri Hərbi-siyasi və strateji məsələlərə aid hər iki respublika nümayəndələrinin müşavirəsinə mütləq dəvət olunmalıdırlar.

Qeyd: Əgər hər hansı respublikanın üzvləri (Hərbi İttifaq Şurasının) hər hansı səbəbdənsə bu müşavirələrdə iştirak edə bilməyibsə, müşavirənin nəticələri barədə müvafiq respublikanın hərbi naziri məlumatlandırılır.

Əsasnamədən də görünür ki, hər iki ölkənin hərbi xadimləri düşmənin hərəkətlərini daim izləyəcək, birgə müdafiə tədbirləri görəcək. Bunun üçün xüsusi plan hazırlayacaqlar. Hər iki ölkənin qoşunlarının döyüş hazırlığının vəziyyəti öyrəniləcəkdir. Hərbi İttifaq Şurasının sədri hər iki ölkənin rəhbərləri ilə birbaşa əlaqə saxlamaq imkanı əldə edirdi. Gürcüstana Denikin Ordusunun hucum edəcəyi təqdirdə Azərbaycan qoşunlarının oraya atılması barədə məxfi planı da Azərbaycan Hərbi nazirliyinin Baş Qərargahı general-kvartirmeyster idarəsinin rəisi V.Karqaleteli və Gürcüstan Hərbi nazirliyi Baş Qərargahının yüksək çinli zabiti, polkovnik Hatsvalovun hazırladıqları birgə hərbi tədbirlərin tərkib hissəsi idi.

"Gürcüstan ərazisinə könüllülər ordusunun hucum edəcəyi təqdirdə Azərbaycan Ordusunun Baş Qərargahı Baş İdarəsinin qoşunların oraya atılması barədə məxfi (1920-ci ildən gec olmayaraq) planı.

1.Azərbaycan qoşunları müharibə dövrünün ştatlarına uyğun şəkildə, mobil qaydada saxlanılır. Hazırda qoşun hissələrinin ştatlara uyğunlaşdırılması üçün sərəncam verilmişdir. 1920-ci ilin yanvar ayı ərzində bu sərəncam yerinə yetiriləcəkdir. Beləliklə, səfərbərlik üçün artıq vaxt itgisi olmayacaqdır.
2. Gürcüstan ərazisinə atılması nəzərdə tutulmuşdur:
1-ci piyada diviziyası: Xankəndindən - 1-ci Cavanşir polku, Zaqataladan - 2-ci Zaqatala polku, Gəncədən - 3-cü Gəncə polku, 1-ci artilleriya briqadası – Xankəndindən 1 batareya, Gəncədən - 2-ci batareya (müvəqqəti olaraq Xaçmazdan), Gəncədən - 3-cü batareya, Xankəndindən 4-cü batareya, Gəncədən diviziyanın qərargahını.
Süvari diviziyası: Xankəndindən - 1-ci Qarabağ polku,
Gəncədən 3-cü Şəki polku (müvəqqəti olaraq Qusardan),
Gəncədən - süvari-dağ batareyası (müvəqqəti olaraq Qusardan).
3. Yuxarıda sadalanan hərbi hissələrin hərəkəti qatarların dəmiryolu stansiyasına gəlməsindən, lazımı qaydada yüklənməsindən asılıdır. Qoşunların hərəkəti müharibənin elan edildiyi vaxtdan başlanır.
4. Sadalanan hissələrdən: 2-ci Zaqatala piyada polku (3 batalyon, 16 pulemyot) piyada şəkildə Snoris-Skali stansiyasına, ya da birbaşa Katexi, və Bostan kəndlərindən keçməklə, ya da Balakən, Laqodexi (80 verst) yolu ilə göndəriləcəklər.
Snoris-Skalidən isə dəmiryolu vasitəsi ilə gürcü komandanlığının sərəncamına yola salınacaqdır. Polk 2-3 gündən sonra (60-80 verst) müharibə elan edilənədək Gürcüstan ərazisində, stansiyada olacaqdır.
5. Yuxarıda qeyd olunan hissələr Gürcüstan ərazisinə atılacaqlar:

a) Gəncədən - 3-cü Gəncə batalyonu (3 batalyon, 16 pulemyot) - Gəncə stansiyası; 2 və 3-cü batareyalar (8 yüngül top); 1-ci piyada diviziyasının qərargahı - Gəncə stansiyası, 3-cü Şəki süvari polku (400 nəfər, 8 pulemyot) müvəqqəti olaraq Qusardan, Süvari-dağ batareyası (4 top) müvəqqəti olaraq Qusardan. Ümumi: 3 batalyon, 24 pulemyot, 12 top və 400 süvari.

b) Xankəndindən - 1-ci Cavanşir polku (3 batalyon, 16 pulemyot); Yevlax stansiyası: 1 batareya (4 yüngül top); 4 və 5 batareyalar (8 dağ topları); 2-ci süvari Qarabağ polku (400 nəfər, 8 pulemyot). Ümumi: 3 batalyon, 24 pulemyot, 12 top 400 nəfər.

6. Dəmiryolunun imkanları belədir ki, hər iki stansiyada eyni vaxtda heyəti yola salmaq mümkün deyildir. Buna görə də Xankəndindən Yevlağa (120 verstə yaxın) hissələr piyada 4 günə gəlməlidirlər. Ona görə də əvvəlcə Gəncədə yüklənməli, sonra isə Xankəndindən Yevlağa gəlmiş hissələrin yüklənməsi başlanmalıdır.
7. Sərnişin vaqonlarının lazımı ləvazimatlarla tam təmin edilməməsinə görə, hər vaqona 25 nəfər hesablamaq lazımdır. Buna görə də hər bir piyada polkuna 4 eşalon ayırmalı, süvari polkuna 3 eşalon və hər bir batareyaya 1 eşalon (hər eşalona 40-50 vaqon hesablanır).

8. Belə hesaba görə, Gəncədən gələn hissələri götürmək üçün (3 batalyon, 24 pulemyot, 12 top və 400 nəfər və diviziyanın qərargahı, bundan başqa, 1 piyada polku, 3 batareya və 1 süvari polku) 4 üstəgəl 3, üstəgəl 3 = 10 eşalon. Yevlaxdan (Xankəndi) hissələrin gətirilməsi üçün (1 piyada polku, 3 batareya və 1 süvari polku) isə 4 üstəgəl 3, üstəgəl 3 = 10 eşalon.

Diviziyanın qərargahı və kiçik komandalar üçün 1 ədəd eşalon da əlavə edilsə, 21 eşalon lazımdır.

9. Bütünlükdə hərəkət edəcək heyət üçün:

1 piyada polku üçün: dərəcəli vaqonlar - 3, sərnişin - 100, atlar üçün - 20, yük üçün - 50, üstüörtülü - 7, ümumi: - 180;
2 piyada polku üçün: dərəcəli vaqonlar - 6, sərnişin - 200, atlar üçün - 40, yük üçün - 100, üstüörtülü - 14, ümumi: - 360;   
1 süvari polku üçün: dərəcəli vaqonlar - 2, sərnişin - 23, atlar üçün - 85, yük üçün - 20, üstüörtülü - 4, ümumi: - 134;
2 süvari polku üçün: dərəcəli vaqonlar - 4, sərnişin - 46, atlar üçün - 170, yük üçün - 40, üstüörtülü - 8, ümumi: - 268;
1 batareya üçün: dərəcəli vaqonlar - 1, sərnişin - 5, atlar üçün - 20, yük üçün - 15, üstüörtülü - 4, ümumi: - 45;
6 batareya üçün: dərəcəli vaqonlar - 6, sərnişin - 30, atlar üçün - 120, yük üçün - 90, üstüörtülü - 24, ümumi: - 270;
Ehtiyat eşalonları - 2, sərnişin - 10, atlar üçün - 10, yük üçün - 10, üstüörtülü - 10, ümumi: - 42. Bütövlükdə: 18 dərəcəli, 286 sərnişin, 340 atlar üçün, 240 yük üçün, 56 üstüörtülü vaqon. Ümumi sayı: 940 ədəd vaqon.

10. Azərbaycan dəmiryolunda bu qədər vaqon vardır. Ancaq vaqonların çəkilib aparılması isə parovozların vəziyyətindən asılıdır. Hazırda kommersiya qrafiki üzrə 6 qatar vardır, onların sayını 10-a çatdırmaq olar.

11. Saxlanılır: 1-ni qatarı sərnişinləri daşımaq üçün, 1-ni kommersiya yüklərinin daşınması üçün, 2-ni Bakının evakuasiyası üçün, 1-ni Xaçmaza yük aparmaq üçün, Gürcüstana qoşunların daşınması üçün cəmisi 4 qatar qalır.

12. Gəncədən Tiflisə gedişi 9 saat (hazırki yük-sərnişin qrafiki üzrə) hesablayır, geriyə 9 saat, qatara baxış, briqadaların növbələşməsi 6 saat, bütün gediş-gəliş 24 saata başa gəlir, üstəgəl 4-6 saat boşalmaq və dolmaq üçün, düz 28-30 saat.

Bütün 10 eşalon sutka ərzində Gəncədən Tiflisə yola salınacaqdır, 4-cü sutka heyət Gəncədə dayanmadan Yevlağa gedəcəkdir. Həmin vaxt Xankəndindən hissələr oraya gələcəklər.

13. Yevlaxdan Tiflisə 14 saata (21 saylı yük-sərnişin qatarı) yaxın hesablayır, geriyə 14 saat, qatara baxış, briqadaların növbələşməsi 6 saat, tam gediş-gəliş 32 saat, üstəgəl 4-6 saat boşalmaq və dolmaq üçün, düz 36-38 saat. Bütün 10 eşalon 4 sutka ərzində gətiriləcəkdir.

14. Beləliklə, əgər müharibə elan olunan günün səhərisi gedişə başlanılsa, Gürcüstanın ərazisinə atılması nəzərdə tutulan bütün hissələr 8-9 gün ərzində Tiflisin müvafiq rayonlarında yerləşdiriləcəklər.

Baş Qərargahın general-kvartirmeysteri rolkovnik Karqaleteli, Baş Qərargah rolkovnik Hatsvalov.

Hər an müharibə təhlükəsi yaşayan gənc ölkələrin hərbi xadimlərinin zərgər dəqiqliyi ilə hazırladıqları bu məxfi plan çox şeydən xəbər verir. Düşmən güclü idi, onun qarşısında tək sinə gərmək mümkün deyildi. Ona görə də bu cür hərbi əməkdaşlığa ehtiyac vardı. Hazırlanmış plana əsasən, əgər müharibə başlasaydı, Azərbaycan Silahlı Qüvvələri 8-9 gün ərzində Gürcüstan ərazisinə atılacaq və lazım olan nöqtələrdə mövqe tutacaqdılar.

Arxiv sənədləri arasında xüsusi əhəmiyyət kəsb edən bir sənəd də vardır. 3 səhifədən ibarət olan bu sənəd Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının Azərbaycan Xalq Cümhuriyyətindən olan həmkarları ilə işgüzar əməkdaşlığını, xüsusən də mühüm əhəmiyyət kəsb edən informasiya mübadiləsini əyani şəkildə sübuta yetirir. Belə ki, Gürcüstan tərəfi 12 fevral 1920-ci ildə Denikinin könüllülər ordusu və bolşeviklərin hərəkətləri barədə geniş və əhatəli məlumatı Bakıya göndərmişlər.

Deməli, tərəflər həm də informasiya mübadiləsi aparır, düşmənin hərəkətləri barədə əldə etdikləri məlumatları bir-birinə göndərirdilər. Təbii ki, belə məlumatlar siyasi və hərbi qərarların qəbul edilməsində böyük əhəmiyyət kəsb edirdi. Bu məlumatlar onu göstərir ki, Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı yüksək səviyyədə davam edirdi. Tərəflər bir-birilərinin problemlərini yaxşı başa düşürdülər. Və ən vacibi də onu dərk edirdilər ki, böyük düşmən qabağında tək dayanmaq mümkün deyildir.

 Ancaq müdafiə məqsədilə müqavilə və məxfi planları həyata keçirmək mümkün olmadı. Müttəfiqlərin verdiyi vədlər də yerinə yetirilmədi. Artıq 1920-ci ilin martından etibarən vəziyyət getdikcə dəyişməyə başladı. Sovet Rusiyası Xarici işlər komissarı Çiçerinin timsalında həm Azərbaycana, həm də Gürcüstana dirlomatik təzyiqləri davam etdirirdi. Hələ yanvar ayından üzü bəri Rusiya ilə Azərbaycan arasında dəfələrlə nota mübadiləsi olmuşdu. Rusiya Azərbaycanın müstəqilliyini tanımaq istəmir, minbir bəhanə ilə mətləbdən yayınır, Azərbaycana hücum üçün əlverişli məqam gözləyirdi. Bu məsələdə onlara yerli Azərbaycan kommunistləri də fəal kömək göstərirdilər. AXC Nazirlər Şurasının sədri Nəsib bəy Usubbəyov və Xarici işlər naziri Fətəli xan Xoyskinin qəti addımlarına baxmayaraq, vəziyyət xoşagəlməz məcraya yönəlirdi. Martın sonlarında Nəsib bəy istefaya getməyə məcbur oldu. Hökumət üzvləri arasında təəssüflər olsun ki, birlik əvəzinə dərin böhran yaranmışdı. Real vəziyyətə müxtəlif cür qiymət verilirdi. Bolşevik təhlükəsi sərhədin sınırlarında idi. Bundan böyük narahatçılıq keçirən AXC-nin Xarici işlər naziri Fətəli xan Xoyski Azərbaycan-Dağıstan sərhədində baş vermiş vəziyyətlə bağlı 15 arrel 1920-ci ildə Çiçerinə nota göndərdi: "Dağıstan Denikin qoşunlarından təmizləndikdən sonra Azərbaycan xalqı qardaş dağlı xalq-larının və xalqların milli müqəddəratını təyin etmək kimi böyük prinsipini elan edən rus xalqının yaşadığı Şimaldan qorxmadan dinc şəraitdə yaşamağa ümid bəsləyirdi. Buna baxmayaraq, Sovet Rusiyası silahlı qüvvələrinin Dağıstan hüdudlarında, Azərbaycan sərhədlərinin yaxınlığında yerləşən Dərbənd rayonunda cəmləşdiyi müşahidə edilir. Azərbaycan hökuməti Sovet hökumətinin niyyətləri barədə xəbərdar olunmayıb, xahiş olunur ki, göstərilən rayonlarda qoşunların yerləşdirilməsinin səbəb və məqsədləri barədə təcili məlumat verilsin. Bununla yanaşı, mənim hökumətim rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətləri yaradılması barədə danışıqlara başlamaq təklifinə indiyədən müsbət cavab almadığından xahiş edir ki, onun təklifinə cavab verilsin və bu təklif qəbul edilərsə, danışıqların vaxtı və yeri müəyyən edilsin". 

Xatırladıram ki, bu sənəd Fətəli xan Xoyskinin sonuncu notası oldu. Bolşevik Rusiyası ona da cavab vermədi. Düz on iki gün sonra, 27 aprel 1920-ci ildə saat 10.05-də bolşevik Rusiyası Azərbaycanın dövlət sərhədlərini pozaraq Bakıya tərəf irəliləməyə başladı. Bolşeviklər Azərbaycan hökumətinə hökumətin təhvili üçün iltimatum vermişdilər. Müxtəlif fikir ayrılığı olmasına baxmayaraq, AXC parlamenti 27 arrel 1920-ci ildə axşam saat 23-də hakimiyyətini dinc yolla bolşeviklərə təhvil vermək barədə qərar çıxardılar. Lakin bolşevik Rusiyasının 11-ci Qızıl Ordusunun xüsusi şöbəsi başda Pankratov və ona bu işdə yardımçı olan azərbaycanlı bolşeviklərin bir qismi başda olmaqla öz işində idi. Şəhərdə güllələnlərin, həbs olunanların sayı-hesabı bilinmirdi. Azərbaycan hökumətinin bir çox tanınmış üzvləri də həbs olundu, güllələndi, bir qismi isə Gürcüstana pənah apardılar. Azərbaycan Xalq Cümhuriyətinin Nazirlər Şurasının ilk sədri, Hərbi və Xarici işlər naziri vəzifələrində çalışmış təcrübəli hüquqşünas Fətəli xan Xoyski, Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayev erməni daşnakları terrorunun qurbanı oldular. Ədliyyə naziri vəzifəsini tutmuş Xəlil bəy Xasməmmədovu isə yaraladılar.

Göründüyü kimi, Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı da, müttəfiq ölkələr də gənc dövlətlərin istiqlaliyyətini qoruya bilmədilər. Gürcüstanı da həmin tale gözləyirdi. Düz on aydan sonra, yəni 1921-ci ilin fevralında Gürcüstan da bolşevik işğalının qurbanı oldu.

Qaynar.info