Dünya 19:08 24.06.2019

95 nəfər Boko Haram əsirliyindən azad edildi

Afrika ölkəsi Nigeriyada 95 vətəndaş Boko Haram terror təşkilatından xilas edilib.

Qaynarinfo xəbər verir ki, ordu üzvləri 3 kənddə anti-terror əməliyyatı təşkil edilib və 42 qadın, 51 uşaq, 2 kişi azad edilib. Əməliyyat nəticəsində çox sayda silah-sursat ələ keçirilib.

Qeyd edək ki, Boko Hara 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərir. Terrorçu təşkilat bu günə qədər 20 mindən çox insanın ölümünə səbəb olub.

Gülşən