Ölkə 17:04 24.11.2017

98 azərbaycanlı qadın erməni girovluğundadır

"Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilib ki, onların 278 nəfəri qadındır”.
 
Qaynarinfo cebhe.info-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (AQUPDK) Hicran Hüseynova "Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda deyib.
 
H. Hüseynova qeyd edib ki, münaqişə nəticəsində 265 qadın itkin düşüb: "98 qadın isə hələ girov kimi qeydiyyatdadır. Onların taleyi bizi çox narahat edir”.