Dünya 18:47 18.11.2018

Ağ aslanın ov üçün hərrac yolu ilə satılacağı iddiası ölkəni qarışdırdı

CAR-da Mustafa adlı 3 yaşlı ağ aslanın ov üçün hərrac yolu ilə satılacağı iddiası ölkəni qarışdırıb.

Qaynarinfo xəbər verir ki, sögedən iddia hökumət nümayəndələri ilə heyvan haqları müdafiəçilərini qarşı-qarşıya gətirib.

Müdafiəçilər 2015-ci ildə CAR Ekologiya Nazirliyi tərəfindən sahiblənilən ağ aslanın hərraca çıxarılacağının planlaşdırıldığını önə sürüb. Onlar ağ aslanın yeni bir mühafizə bölgəsinə göndərilməsi təklifinə nazirliyin rədd cavabı verməsindən sonra bu qənaətə gəliblər.

Sosial şəbəkələrdə Mustafa üçün imza kampaniyası başladılıb. Kampaniyaya 250 mindən çox insan qatılıb.

Ağ aslanın hərrac yolu ilə satılacağı iddialarına məşhur aktyor Rassel Krov da reaksiya bildirib. O, Twitter hesabında belə bir açıqlama paylaşıb:

"Heyvan öldürməkdən zövq alan insan qatil qədər xəstə biridir".

Qeyd edək ki, nadir rast gəlinən ağ aslanlar nəsli tükənməkdə olan heyvanlar sinfinə aiddir. Dünyada olan 300 ağ aslandan sadəcə 13-nün vəhşi təbiətdə yaşadığı ehtimal edilir.