Dünya 10:45 11.04.2018

Ağ Evdə daha bir istefa

ABŞ prezidenti Donald Trampın daxili təhlükəsizlik və terrorla mübarizə üzrə katibi Tom Bossert istefa verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Sara Sanders Bossertin istefası ilə əlaqədar yazılı açıqlama ilə çıxış edib və ona xidmətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, dünən vəzifəsinə başlayan Ağ Ev Milli Təhlükəsizlik katibi Con Boltonun bu istefanı tələb etdiyi deyilir.

Gülşən