Dünya 10:46 27.12.2017

Ağ Evdən Şimali Koreyaya qarşı növbəti sanksiya qərarı

Rəsmi Vaşinqton Şimali Koreyanın nüvə fəaliyyətində əhəmiyyətli rol oynayan 2 vəzifəli şəxsə qarşı sanskiya qərarı qəbul edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ABŞ xəzinə nazirliyindən verilən açıqlamada Şimali Koreya hərbi sənaye nazirliyində direktor köməkçisi Kim Jong Shik və Şimali Koreya mərkəzi komitənin rəhbər köməkçisi Ri Pyong Cholun adı sanksiya tətbiq edilən şəxslərin siyahısına əlavə edilib.
 
Bu şəxslərin adları BMT-nin 22 dekabrda qəbul etdiyi sanksiya tətbiq edilən şəxslərin siyahısında da var.

Qeyd edək ki, bu ölkə ABŞ-ın terrora dəstək verən ölkələri siyahısında 4-cü yerdə qərarlaşıb.

Gülşən