Maqazin 20:38 08.09.2014

“Ağ maşınlı oğlanımı gözləyirəm”

ATV-nin aparıcısı Nərgiz Məmmədova “Piknik” verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, aparıcı “Niyə ailə qurmursan” sualına belə cavab verib:

“Çox söylədim ağ atlı oğlanımı gözləyirəm. Dedilər, bəsdir, nağıllardan çıx. İndi dəyişmişəm, ağ maşınlı oğlanımı gözləyirəm. Eşq, ürək, könül işləri mənlik deyil. İnşallah, Allah gözümü kor etməz, dəli kimi sevmək istəmirəm. Mən ağılla, məntiqlə ailə qurmaq niyyətindəyəm, sevgi ilə yox”.

Qeyd edək ki, "Piknik" verilişinə hər həftənin şənbə günü saat 16:00-da ATV-də baxa bilərsiniz.

Qaynar.info