Video 16:25 27.09.2018

AAAF Park - Komfortlu yaşamın ünvanı! (VİDEO)

Hər mövsüm üzrə ailəvi istirahətin və əyləncənin ideal məkanı olan AAAF Park Yaşayış Kompleksində asudə vaxtınızı xoş və mənalı keçirə bilərsiniz. 

Burada uşaqların əylənmək imkanları kifayət qədər genişdir. Çoxsaylı attraksionlarda, buz meydançasında, kino zalında uşaqlar əsl əyləncənin dadını çıxara bilərlər. Açıq havadakı "Limuland” Uşaq-Əyləncə Mərkəzi isə daima yeni əyləncələrlə uşaqların xidmətindədir. Yol ətrafındakı müxtəlif heyvan maketləri öz dinamikliyi və təbii səs çıxarmaları ilə parka gələn qonaqların, əsasən də uşaqların maraq və sevincinə səbəb olur. Burada ailələrin rahat istirahəti üçün bir neçə restoran fəaliyyət göstərir ki, bu məkanlar da yüksək xidməti ilə seçilir. Həmin restoranlarda müştərilər xoş günlərini gözəl qeyd etməklə bərabər, mövsümə uyğun təşkil edilən əyləncəli tədbirlər və konsert proqramlarında iştirak edə, izləyə bilirlər.

AAAF Park Yaşayış Kompleksi mükəmməl bir yaşayış kompleksi olduğundan burada digər xidmətlər də həyata keçirilir. Park ərazisində tanınmış geyim firmalarının məhsullarının satıldığı mağazalar insanlara uzağa getmədən alış-veriş etməyə imkan verir. "Zirvə” liseyi, "Zirvə Uşaq İdman Akademiyası”, "Tuado” hotel, "AAAF Pool&Spa”, "Zirvə” Fitness Mərkəzi, "Sağlam ailə” tibb mərkəzi, qadın gözəllik salonları, bərbərxana, aptek, Bakıda fəaliyyət göstərən marketlər şəbəkəsinin böyük bir mağazası, 24 saat fəaliyyət göstərən avtopark qonaqların və sakinlərin xidmətindədir. 


AAAF Park həm də Yaşayış Kompeksi olduğu üçün burada onminlərlə sakin hər bir şəraiti ilə təmin edilmiş mənzillərində rahat yaşaya bilirlər, sakinlərin təhlükəsizliyi üçün 24 saatlıq mühafizə xidməti də fəaliyyət göstərməkdədir. 

AAAF Parkın müntəzəm olaraq elan etdiyi kampaniyalar da hər kəsin ürəyincədir. Müxtəlif sərfəli şərtləri və gözəl imkanları qaçırmaq istəməyənlər AAAF Park Yaşayış Kompleksinə üz tutur. 

İdman təmayüllü olan AAAF Park Yaşayış Kompleksində ağır atletlərin əsas məşq bazası da yerləşir. Bundan başqa, burada adıçəkilən idman növü üzrə müxtəlif Respublika və beynəlxalq səviyyəli yarışlar baş tutur. 

Xırdalan şəhərinə gözəllik qatan və sağlam həyat tərzini özündə əks etdirən AAAF Parkda müxtəlif idman növləri – karate, bədii gimnastika, cüdo, futbol, şahmat, üzgüçülük və s. - üzrə bölmələr də fəaliyyət göstərir ki, burada da yüzlərlə yeniyetmə və gənclər zallarda məşq keçirlər. Bunun üçün AAAF Parkda hər bir şərait də yaradılıb, zallar müasir avadanlıqlarla təchiz edilib.

Müasir Yaşayış Kompleksi olan AAAF Park Yaşayış Kompleksində istirahət etmək istəyən, ailəvi Kompleksimizə üz tutan və burada yaşayaraq xidmətlərdən yararlanan hər bir şəxs bu gözəl məkanı sevir və seçir.

Sizin də seçiminiz və etibarlı məkanınız AAAF Park Yaşayış Kompleksi olsun!