Xəbər lenti

Dünya 23:32 25.04.2024

ABŞ Çini Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləməkdə ittiham edir

Çin dron texnologiyası və barıt inqrediyentləri kimi mallarının Moskvaya satışını davam etdirməklə Rusiyaya Ukraynada hərbi məqsədlərinə çatmaqda kömək edir.

Qaynarinfo "Politico”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib

"Çin Xalq Respublikası bu məsələdə tamamilə bitərəf olduğunu iddia edə bilməz və onlar faktiki olaraq tərəf seçir. Məncə, Çin bu müharibəyə gəldikdə, özünü neytral tərəf kimi göstərməyə çalışanda, biz buna aldanmırıq”, -  ABŞ-ın NATO-dakı daimi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ABŞ Çindən Rusiyaya "getdikcə daha çox maddi dəstək görür”. Xüsusilə, həm mülki, həm də hərbi təyinatlı ola bilən bu texnika Moskvanın Ukrayna ilə bağlı bəzi məqsədlərinə çatmasında həlledici rol oynayıb.

"Əgər onlar bu komponentlərdən bəzilərini və ya maddi dəstək göstərməsəydilər, Rusiya çox fərqli vəziyyətdə olardı və o, təcavüzkar hərəkətlərin bəzilərini etməkdə çətinlik çəkərdi", - Smit bildirib.

O, Pekinin Moskvaya göstərdiyi yardımdan, o cümlədən "maşınlar, mikroelektronika, PUA texnologiyası və yanacaq kimi istifadə olunan nitroselülozdan” danışıb.
Çinin Rusiyaya "öldürücü dəstək” verdiyinə dair hələ heç bir dəlil yoxdur, lakin Çin həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən avadanlıq və texnologiya göndərir, Rusiya diktatoru Vladimir Putinin qoşunlarını təchiz etməyə kömək edir, Smit deyib.

"Bir çox hallarda biz Rusiyaya Ukraynada bu səbəbsiz təcavüz müharibəsini aparmağa imkan verən ikili istifadə komponentlərinin axını görürük”, - o deyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->