ABŞ prezidentliyinə namizəd, Florida qubernatoru Ron DeSantis Meksikanın narkotik kartellərinə qarşı mübarizədə istənilən gücdən istifadə edəcəyinə söz verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill"
yazır.
Onun sözlərinə görə, 2024-cü il seçkilərində qalib gəlsə, Meksika hakimiyyətinin köməyi ilə və ya köməyi olmadan bu təhlükəni tamamilə aradan qaldırmağa çalışacaq.
"Bizim onları məsuliyyətə cəlb etmək hüququmuz var və bu, təkcə onlar təsadüfən sərhədimizi keçdikdə deyil. Əgər Meksika bu işdə bizə kömək etməyəcəksə, onda biz üzərimizə düşəni etməliyik”, deyə DeSantis bildirib.
"Meksika ərazisindəki kartellərə qarşı pilotsuz uçan aparatlardan istifadə edəcəkmi?” sualına cavab olaraq siyasətçi bildirib ki, ABŞ öz ölkəsini müdafiə etmək hüququnu özündə saxlayır. DeSantis vurğulayıb ki, kartellər "xarici terror təşkilatı” kimi ştatın vətəndaşlarına ziyan vuraraq Amerika ərazisinə soxulur.
Aydın
Şərhlər