Xəbər lenti

ABŞ yeni
Dünya 18:20 27.04.2024

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Birləşmiş Ştatlar Amerika liderlərinə yeni "qiyamət təyyarəsi" hazırlamaq üçün təyyarə istehsalçısı "Sierra Nevada Corporation" ilə müqavilə bağlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Hərbi Hava Qüvvələri cümə günü "Sierra Nevada Corporation"la "qiyamət təyyarəsi" kimi tanınan E-4B-nin varisini hazırlamaq üçün 13 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.

Qeyd olunur ki, ABŞ Hava Desantları Əməliyyat Mərkəzinin (SAOC) yeni təyyarəsinin layihəsi 1970-ci illərdən köhnəlmiş və istismar müddətini başa vurmaq üzrə olan təyyarələri əvəz etmək üçün nəzərdə tutulub. Təyyarənin modifikasiyası üzərində işlər Kolorado, Nevada və Ohayo ştatlarında aparılacaq və 2036-cı ildə başa çatdırılması gözlənilir.

Agentlik bildirir ki, adətən ABŞ müdafiə nazirini daşımaq üçün istifadə edilən E-4B, nüvə partlayışlarına və elektromaqnit təsirlərinə tab gətirə bilən mobil komanda məntəqəsi kimi hazırlanıb və ABŞ liderlərinə milli fövqəladə vəziyyət zamanı orduya əmr çatdırmağa imkan verir. 

E-4B həmçinin havada yanacaq doldurmaq qabiliyyətinə malikdir, konfrans və brifinq otaqlarına və qabaqcıl rabitə avadanlıqlarına malikdir.
USAF hazırda dörd E-4B təyyarəsini idarə edir, onlardan ən azı biri hər zaman işlək vəziyyətdə qalır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->