Dünya 14:57 25.01.2013

Abbas Abbasov Prezident seçildi

Moskvanın "Prezident-otelində" Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos FMMM) V qurultayı keçirilib.

SalamNews-un Moskva müxbirinin verdiyi xəbərə görə, 80 nümayəndənin və 32 qonağın iştirak etdiyi qurultayda Rusiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Daha sonra Abbas Abbasovun namizədliyi irəli sürülüb. O yekdilliklə AzərRos FMMM preizedenti seçilib.

S.Sadıqov isə Abbas Absova işində uğurlar arzulayaraq təşkilatın gələcəkdə də Azərbaycan və Rusiya üçün faydalı layihələr həyata keçirəcəyinə əmin olduğunu söyləyib.