Siyasət 12:03 04.04.2013

Abbas Abbasov qəzəbləndi: "TƏXRİBATDIR!"

“Mən heç kimə bu səlahiyyəti verməmişəm”

Abbas Abbasov AzerRos və RATİ rəhbərliyi adından Azərbaycan rəsmiləri və hökumətinə qarşı səsləndirilən fikirlərə etirazını bildirib

“Mən Azərbaycan KİV-ində AzerRos və RATİ rəhbərliyi adından yayılan informasiyanın əleyhinəyəm və bunu növbəti təxribat hesab edirəm”. Bu sözləri Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) Koordinasiya Şurasının sədri Abbas Abbasov Salamnews-un Moskva müxbirinə açıqlamasında deyib. 

O, Azərbaycan KİV-də AzerRos və RATİ rəhbərliyi adından Azərbaycan rəsmiləri və hökumətinə qarşı səsləndirilən fikirlərə etirazını bildirib:

“Mən Türkiyədən yenicə qayıtmışam və Azərbaycan KİV-inin mənim yoxluğumdan istifadə edərək, AzerRos və RATİ rəhbərliyi adından Azərbaycan ictimaiyyətinə təxribatçı müraciət yaymaları, məni sözün pis mənasında təəcübləndirdi. Bununla əlaqədar olaraq, bəyan edirəm ki, nə mənim, nə də AzerRos-un prezidentinin yazılanların heç biri ilə əlaqəsi yoxdur. Mən heç kimə Rusiyadakı Azərbaycanlıların adından hər hansı bəyənat vermək və ya çıxış etmək səlahiyyəti verməmişəm. Bildirmək istəyirəm ki, özüm də hansısa şikayət və ərizələrin əleyhinəyəm. Bunu özümə və rəhbərlik etdiyim təşkilata qarşı yönəlmiş növbəti təxribat hesab edirəm”.

Şura sədrinin sözlərinə görə, Rusiyanın Azərbaycan muxtariyyatının ağsaqqalları, Azerros NCFA və RATİ Rusiya və Azərbaycan xalqları arasında mehriban qonşuluq əlaqələrinin qaydaya salınmasına az töhfə vermir, Rusiyada vətəndaş cəmiyyətinin güclənməsinə və razılığın əldə olunmasına sədaqətlə xidmət edir:

“Biz digər ölkənin daxili işlərinə qarışmaq istəmirik, bizim öz tapşırıq və funksiyalarımız var. Mənim adımdan yayımlanan arbitraj məhkəməsi və suflyorları lazım deyil. Heç kimin mənim taleyimə qarışmaq və mənim səlahiyyətlərim daxilində olan məsələləri mənim yerimə həll etmək ixtiyarı yoxdur. Mənim bu cür “dəstəyə” və bu tipli “xidmətlər”ə ehtiyacım yoxdur və bu özfəaliyyətə son dərəcə mənfi yanaşıram. Baş verənlərin bizim tarixi vətənimizdə Rusiyanın Azərbaycan cəmiyyətinin etibarına xələl vurmağa istiqamətlənmiş iftiradan başqa bir şey adlandıra bilmərəm. Bizim etdiyimiz hər bir şey Rusiya Federasiyasında yaşayan azərbaycanlıların xeyri və sakitliyi üçündür”.

Qaynar.info