Siyasət 00:28 15.06.2013

Abbas Abbasov: "Barəmdə deyilənlər ağ yalandır" (VİDEO)

“Mən fəxr edirəm ki, azərbaycanlıyam, qürur hissi keçirirəm ki, Heydər Əliyev kimi böyük insanla işləmişəm, mən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi özümə doğma və əziz adam hesab edirəm”. 

ANS PRESS-in məlumatına görə, bunu eksklüziv olaraq ANS TV-yə müsahibəsində Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov deyib. Son vaxtlar bəzi siayəstçilər, mətbu orqanlar tərəfindən adı ətrafinda nalayiq və həqiqətə uyğun olmayan fikir və ifadələr səsləndiyini xatırladan Abbasov bütün deyilənləri təkzib edib. “Həmişə öz obyektivliyi ilə seçilən ANS vasitəsilə bildirirəm ki, barəmdə deyilənlər ağ yalandır və həmin fikirlərin müəlliflərinə tövsiyə edirəm ki, rəhmətlik Mircəlal Paşayevin “Səviyyə” əsərini oxusunlar. Bu insanlar anlamırlar ki, öz məsuliyyəstiz hərəkətləri ilə millətlərarası münasibətlərə xələl gətirirlər. Bunlar çox ciddi məsələlərdir və yalnız aidiyyatı olan orqanlar tərəfinldən müzakirə obyekti ola bilər. 

Mən Azərbaycan Rusiya Ağsaqqalar Şurasinin sədri kimi gücümü, biliyimi, bu gündən sonra da Azərbaycan xalqına, dövlətinə və Rusiya - Azərabaycan xalqlararası münasibətlərin inkişafına və möhkəmlənməsinə sərf edəcəyəm”, - Abbas Abbasov əlavə edib. Abbas Abbasov qurtuluş günü ilə bağli Azərbaycan prezidentinə artıq məktub ünvanladığını xatırlatdı və fürsətdən istifadə edərək İlham Əliyevi və bütün Azərbaycan xalqını bir daha bayram münasibəti ilə təbrik etdi.